22 Fevral 2019, Cümə
Etopaz-da bu gün 59 canlı oyun
Klublar Komitəsində yeni sədr
Avroliqa: 1/8 finalçılar müəyyənləşdi
Nihat Kahveçi Azərbaycana gəlir

Ölkə futbolu

Vəli Qasımov üçün yoldaşlıq oyunu keçiriləcək

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada uğurlu legioner karyerasına malik olmuş, 1992-ci il Rusiya çempionatının bombardiri Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, yoldaşlıq oyununda Azərbaycan futbol veteranları vaxtilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda çiyin-çiyinə çıxış etmiş əcnəbi veteran futbolçularla üz-üzə gələcək. 
 
Yerli veteranlar komandasının baş məşqçisi Kazbek Tuayev, əcnəbilərdən ibarət komandanın çalışdırıcısı isə Valeri Qazzayev olacaq. Qarşılaşma noyabrın 15-də, saat 17:00-da Bayıl stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28





Click to Visit