25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AFFA "Qəbələ" və "Zirə"ni cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 11-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
 
Topaz Premyer Liqasının XI turunun “Neftçi” - “Zirə” matçında “Neftçi” klubunun 4, “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.  Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
 
Topaz Premyer Liqasının XI turunun “Sumqayıt” - “Keşlə” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun qapıçısı Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
Topaz Premyer Liqasının XI turunun “Qəbələ” - “Qarabağ” matçının 47-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
 
“Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılmışdır. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödənilsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30