29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qol vuracağıma söz vermişdim"

"Keşlə” ilə matçda penaltidən qol vurandan sonra oyun epizodunda da fərqlənəcəyimə dair söz vermişdim. Bu gün çox yaxşı oynadıq, komandamız rəqibi tamamilə üstələdi. Plana uyğun hərəkət etdik, baş məşqçimiz əks-hücumda oynamağı tapşırmışdı. Bütün qolları bu cür vurduq. Sxemimiz işlədi və layiqli qələbə qazandıq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Səbail”in futbolçusu Yevgeni Koçuk Topaz Premyer Liqasının XI turunda "Sabah”ı 4:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.
 
Son 2 qolun müəllifi olan moldovalı yarımmüdafiəçi bildirib ki, UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar ölkə çempionatında yaranacaq fasilə onların çıxış tempinə təsir etməyəcək: "Fasilə elə də böyük deyil. 3 günlük istirahətdən sonra yenidən məşqlər olacaq. Biz bütün rəqiblərə eyni gözlə baxırıq. Sırf "Sabah”la aramızda rəqabət yoxdur. Karyeramda əvvələr də "dubl" etmişəm. Amma bu, çoxdan olub. Hər zaman eyni templə çıxış etmək olmur. Əsas odur ki, pis oyundan sonra toparlanmağı, xarakter göstərməyi bacardıq”.
 
Koçukun sözlərinə görə, "Səbail”in əsas məqsədi hər oyunda qalib gəlməkdir: "Hansı yerdə olduğumuza fikir vermirik. Neçənci pilləni tutacağımızı çempionatın sonunda görəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31