20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Samir Abasov: "Biz qələbə qazanmaq istəyirik, burda “Neftçi” amili yoxdu"

"Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XI turunda səfərdə “Neftçi” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, Abasov öncə oyunla bağlı danışıb:
 
"Bu gün qalibiyyət yerinə düşərdi. Təəssüf ki, bu, baş vermədi. Lider komandaya qarşı belə oynadıq. Uşaqlara dedim ki, qeyri-adi heç nə etmədik. Sadəcə, öz oyunumuzu oynadıq. Yaxşı komanda qurulması üçün vaxt lazımdı. Bugünkü oyunumuz yetərlidi. Uşaqlar can qoydular. Bu, o demək deyil ki, məqsədimiz “Neftçi”ni saxlamaq idi. Yox, əvvəlki matçlarda da belə oyamışdıq. Vəziyyətimiz yaxşı deyil. İki gün bundan qabaq məşqdə heç nədən Kamal Mirzəyev zədələndi, dünənki məşqdə İlkin Qırtımovun ayağı burxuldu, oyundan öncə isinmə hərəkətləri zamanı Dilan Duventru əzələsini dartdı. Oyunun gedişatında Anarın belə olmağı... Bilmirən, bu nədi. İşimiz həddən artıq çətindi. Xahiş edirəm ki, bizi başa düşsünlər. Belə vəziyyətdə futbolabənzər nəsə etməyə çalışırdıq.
 
- Sanki “Neftçi” ilə oyunlarda xüsusi motivasiyanız olur, daha çılğın görünürsüz...
 
- Biz qələbə qazanmaq istəyirik. Burda “Neftçi” amili yoxdu. Başqa komanda, belə gedişat olsaydı, bundan da artıq ola bilərdi. Bilmirəm, bu fikirlər hardandı. Əsla belə deyil. Bordinlə oyundan əvvəl də də, sonra da görüşdük. İlk oyunda hər ikimizin etirazları var idi. Bəlkə də mənim səhvim idi ki, başa düşmədən tez reaksiya vermişdim.
 
- Anar Nəzirovun durumu nə yerdədi?
 
- Həkimlər onu içəri aparmaq istəsə də, oyuna baxırdı. Hesab 2:2 idi, amma o, bunu bilmirdi. Beyin silkələnməsi olduğu ehtimal edilir. Vəziyyəti yaxşı deyil.
 
- Kirilo Petrovla nəsə müzakirə edirdiz...
 
- Pərdisin ona qarşı kobud oynadığını deyirdi. Mən də dedim ki, heç olmasa, sən sərtlikdən danışma. Belə bir kiçik söhbətimiz oldu.
 
- Bu dəfə hakimlər köməkçinizi tribunaya göndərdilər. Halbuki həmişə sizi qaralayırdılar...
 
- Mən bu gün sakit idim. Köməkçimin nə etdiyini bilmədim.
 
- Sadiq Quliyevi bağışlamısınızmı?
 
- Sadiq Quliyev bizimlə idi. Komandanın ağsaqqalları xahiş etdilər, mən də bunu nəzərə alıb, Sadiqi geri qaytardım. Komanda daxilində olan söhbətdi. Hər insana daha bir şans verilməlidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30