20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Aftandil Hacıyev: "Qarşımıza hansı pilləni tutmaq məqsədi qoymamışıq"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 11-ci turunda "Sabah"ı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib. Futblxeber.az saytının məlumatına görə, Hacıyev öncə oyunu şərh edib:
 
"Bu cür oyunun olacağınə gözləmirdik. Planlaşdırdığımız şeyləri edə bildik".
 
- Komanda 2-ci pilləyə yüksəldi. Özünüzü necə hiss edirsiz?
 
- Qarşımıza hansı pilləni tutmaq kimi məqsəd qoymamışıq. Yaxşı hiss idi. Bu yerdə qalmaq olduqca çətindir. Bəzi komandalar var ki, layiq olmadığı yerlərdədir.
 
- Komandada əhval necədir?
 
- Hər bir kollektivdə olduğu kimi, bizdə də mənfi hallar var idi. Bunu tez bir şəkildə aradan qaldırmağa çalışıram. Komanda olaraq, yaxşı ab-havadayıq. Mehribançılıqdı.
 
- Bu oyuna qarşı xüsusi motivasiya var idimi?
 
- Xeyr. Hər rəqibə qarşı eyni motivasiya ilə hazırlaşırıq.
 
- Komandanın erkən qol vurmasından sonra futbolçular daha da canlandı. İlk qol və sonrakı canlanma planlıydımı?
 
- Planımızda var idi. "Sabah"ın son oyunlarına baxdıqda, onlar 2-ci hissə daha yaxşı oynayırlar. Ona görə, erkən qol lazım idi.
 
- Hər oyundan sonra konfransda qarşımıza məqsəd qoyulmuyub deyirsiz. Bu sizə sonra problem yaratmayacaq?
 
- Qarşımıza Avropa Liqası hədəfi qoyulmayıb. Bacardığımızı etməyə çalışırıq. 
 
- Avropa Liqası hədəfi qoyulmamasına səbəb, komandanın hazır olmamasıdırmı?
 
- Avroliqa üçün uzun vaxt var. Bu haqda danışmaq hələ tezdir. Komandada əskiklər var. 
 
- Rəhbərliklə qış transfer dövründə transferlərlə bağlı müzakirələr olubmu?
 
- Qışda futbolçu transfer etmək çətindir. İndidən axtarışa başlamışıq. Alınıb-alınmayacağını bilmirik. Bəlkə hər hansı bir gənc futbolçunu heyətimizə qatdıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30