15 Noyabr 2018, Cümə axşamı
“Bütün şanslarımızı itirməmişik”
"Sumqayıt"da yeni baş məşqçi
“Qəbələ” nümayəndələrı Nyonda
Ölkə kubokunun püşkü atıldı

Ölkə futbolu

"Qarabağ"ın "Arsenal"la Bakıda keçirdiyi oyun.."

"Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams Azərbaycan futbolu haqqında fikirlərini bildirib.
 
Futbolxeber.az saytının məlumatına görə, ingiltərəli mütəxəsis “Qəbələ”də işlədiyi dövrdə klubun inkişafına təsir etdiyi üçün şad olduğunu vurğulayıb. 
 
52 yaşlı mütəxəssis bildirib ki, o, 2010-cu ildə Qəbələ şəhərinə gedəndə klubun vəziyyəti yaxşı olmayıb:
 
"Komandaların məşqçilərinin Pro lisenziyası yox idi. Sonradan stadion inşa olundu və akademiyalar quruldu. Növbəti illərdə “Qəbələ” Azərbaycan Premyer Liqasında yuxarı pillələr üçün mübarizə apardı. 8 il sonra klubun inkişafını görmək mənim üçün xoşdur. Komanda iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Klubda xeyli inkişaf var. Bu prosesdə rolumun olduğunu bilmək məni sevindirir”.
 
T.Adams Azərbaycan futbolunun inkişafından da söz açıb: “Qarabağ”ın "Arsenal"la Bakıda keçirdiyi oyun Azərbaycan futbolunun inkişafının nümunəsidi.
 
Azərbaycan klubları hər il avrokuboklarda iştirak edirlər. Bu da futbolun inkişafı üçün müsbət hadisədir”. Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabr ayınadək "Qəbələ"də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və futbol direktoru vəzifələrində çalışıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30





Click to Visit