25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Tapançadan atəş açmağa başladım, balaca idim, heç nəyi dərk etmirdim"

"Boradigah qəsəbəsi haqda çox şey bilmirəm, çünki Moskvada anadan olmuşam. 5 yaşımdan “Spartak”ın akademiyasında oynamışam, Lənkəranda isə çox az olmuşam. Onu bilirəm ki, cənub bölgəsidi, havası çox istidi. Atam ordan gəlib”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Rostov”un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev deyib. Rusiyanın “matctv.ru” saytına geniş müsahibə verən futbolçu atasının Moskvaya gəlişindən də danışıb:
 
“Ailəmiz desək, kiçik deyil. Təkcə atamgil 7 qardaşdırlar. Hamısı bir yerdə yaşayıb, ona görə də Moskvaya uyğunlaşmaq asan olub. Bir-birilərinə kömək ediblər.
 
Əlbəttə, ilk vaxtlar pul qazanmaq çətin olub, amma sonradan bir yolunu tapıb öhdəsindən gəliblər. İndi daşınmaz əmlak alqı-satqısı və kiçik bizneslə məşğul olurlar”.
 
Ayaz tərbiyəli böyüməsində atasının rolunun böyük olduğunu bildirib: “Atam heç vaxt arxayınlaşmağıma imkan verməyib, məni tərbiyəli böyüdüb. Daim məni inkişaf etməyə, yaxşı təhsil almağa məcbur edib”.
 
Həmyerlimiz bir dəfə başına gələn xoşagəlməz hadisəni də xatırlayıb: “Bu barədə necə danışacağımı bilmirəm. İndi yadıma düşdü, bir dəfə dostlarla həyətdə gəzirdik.
 
2 nəfər söz atdı, elə əsəbləşdim ki, onları evlərinə qədər qovdum. Hətta mənzilə daxil olub, pnevmatik tapançadan atəş açmağa başladım. Həmin vaxt balaca idim, heç nəyi dərk etmirdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30