19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qarabağ"a qalib gəlmək? Hər şey mümkündü"

"Sabah"a qarşı yaxşı oynadıq. Turnir cədvəlində arxada qaldığımıza görə bizə üç xal çox vacib idi. Ona görə də maksimum nəticə üçün oynadıq". Bu sözləri Futbolxeber.az saytına açıqlamasında "Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanov deyib.

Bölgə təmsilçisinin üzvü Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilən oyunu şərh etdikdən sonra komandanın özünə yavaş-yavaş gəldiyini bildirib. Bununla yanaşı qarşıdakı turda üz-üzə gələcəyi "Qarabağ"la oyun barədə də fikirlərini bildirib: "Sabah" yaxşı komandadı. Onlara uğurlar arzu edirəm. Növbəti oyunumuz yenə evdə "Qarabağ"a qarşı olacaq. Çalışacağıq ki, həmin oyunda da öz oyunumuzu göstərək və xallarımızı qazanaq. "Qarabağ"a qalib gəlmək? Hər şey mümkündü futbolda. Necə olacağını əvvəlcədən demək olmaz. Hələ qarşıda bir həftə var, yaxşı hazırlaşacağıq. İnanıram ki, bundan da yaxşı olacaq. Sözsüz ki, turnir cədvəlindəki bu yer bizi qane etmir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30