19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Deməzdim ki, hücumçularımız zəifdi"

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının X turunda səfərdə “Zirə” ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, Hacıyev öncə oyunla bağlı danışıb:
 
- Gərgin oyun oldu. Arıcıl iki oyundu 10 nəfərlə mübarizə aparırıq. Rəqib bizdən üstün oyun sərgilədi. Heyətimizdə zədəlilər var idi. Ağabala ilə Koçukun olmaması oyunumuza təsir etdi. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə apardılar. Hətta rəqibi cəzalandıra bilərdik. Ədalətli nəticə heç-heçə idi".
 
- Ağabala Ramazanovun zədəsi ciddidir?
 
 -Zədəsi ciddi deyil. Ancaq bu oyunu buraxmalı idi. Hazırda fərdi məşqlərlə kifayətlənir. İnşallah, bu həftə komanda ilə məşqlərə başlamalıdır.
 
- Oyunun gedişində zədələnən futbolçuların durumu necədir?
 
 - İqor Korotetskinin zədəsi ciddidir. Lakin durumuna yekun tibbi müayinədən sonra aydınlıq gələcək. Ruslan isə gələn oyun bizimlə olacaq.
 
- Komanda 10 oyuna 6 qol vurub, ancaq üçüncü pillədə qərarlaşıb. Hücumçularınız zəif təsir bağışladığını düşünmürsünüz?
 
- Belə deyək, nədənsə texniki məğlubiyyətlərin günahını bizdə axtarırlar.  Deməzdim ki, hücumçularımız zəifdir. Bəzən əks-hücumda, bəzən mövqe hücumlarında qollar vururuq. Elə rəqiblər var ki, birinci nömrə ilə oynamırıq.   
 
- Qışda heyətdə hansı dəyişikliklər edəcəksiniz?
 
- Əgər bu mövqedə qala bilsək, güclənəcəyik. Ən azı 3 oyunçuya ehtiyacımız var. 2 futbolçumuz zədəli olanda, çətinlik çəkdiyimizi görürük. Ona görə də qışda heyətimizi gücləndirməliyik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30