25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Neftçi"nin çempion olmasını istəyirəm, ürəyimin parçasıdı bu klub"

“Bu mövsüm “Neftçi”nin oyununu çox bəyənirəm və mənim üçün bu komandanın iştirakı ilə keçən oyunlar çox maraqlıdı”. Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Neftçi”nin sabiq müdafiəçisi Saşa Yunisoğlu deyib.

“Ağ-qaralar”ın formasını geyinmiş Yunisoğlu sabiq komandasının cari mövsüm çempionluğa əsas namizəd olduğunu bildirib: “Məncə, bu mövsüm çempionluğa birinci namizəd elə “Neftçi”di. Öz inamlı oyunu, yanaşması və istəyilə seçilən klubdu. Ancaq “Qarabağ” da çempionluğu elə-belə əldən buraxmaz. “Qarabağ” öz təcrübəsi hesabına mövsümün sonuna qədər “Neftçi” ilə başabaş mübarizə aparacaq. “Neftçi” və “Qarabağ”dan savayı çempionluğa iddialı başqa klub görmürəm. İnanmıram ki, “Neftçi” eyforiyaya düşsün. Çünki komandanın təcrübəli oyunçuları çoxdu və onlardan da təcrübəli baş məşqçiləri var. Mövsümöncəsi də komandanın qarşısına qoyulmuş məqsəd elə çempionluqdu. Klub namlı addımlarla öz məqsədinə doğru gedir.

“Neftçi”nin çempion olmasını istəyirəm. Neçə ildi ki, “Qarabağ” öz oyunu ilə sübut edir ki, onlara Azərbaycanda rəqib yoxdu. Amma bu mövsüm axır ki, belə bir klub tapıldı və mən çox sevinirəm ki, bu “Neftçi”di. "Neftçi” ürəyim parçasıdı.Avropa Liqasında tarix yazanda inanılmaz hisləri məhz “Neftçi” ilə keçirmişəm. Ona görə də “Neftçi” qəlbimdə öz yerini həmişə qoruyacaq”.

Milli komandamızın da formasını geyinmiş Saşa, “Neftçi”nin “qol ümidi” olan Mirabdulla Abbasovun milliyə dəvət olunmalı olduğunu bildirib: “Mirabdulla hazırda əla formadadı və onun milliyə dəvət olunmasını istəyərdim. O, öz oyunu ilə milliyə layiq olduunu sübut etdi. Ancaq yenə də son söz baş məşqçinindi, bəlkə də o, belə düşünmür. Mirabdulla hələ cavandı və bəlkə də milli səviyyəsində oynamağa təcrübəsi çatmaz. Hər halda inanıram ki, Qurban Qurbanovun seçimi düzgün və optimal olacaq. Çünki millinin səhv etməyə daha ehtiyatı qalmayıb”.

“Əlbəttə ki, “Qarabağ”ın oyunçuları yorulub. Neçə ildir ki, “Qarabağ”ın oyunçular 3-4 cəbhədə mübarizə aparırlar. İstər-istəməz bu amil öz sözünü deyir. Həftədə üç oyun oynamaq çox çətindi. “Neftçi”lilər isə öz fikrini sırf çempionluğa yönəldib. Bir sözlə bu mövsüm artıq çox maraqlıdı” - deyə, Saşa Yunisoğlu fikirlərini yekunlaşdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30