25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Tərlan Əhmədovun gəlişindən sonra komandaya özünəinam qayıdıb"

“Keşlə”nin müdafiəçisi Slavik Alxasov Futbolxeber.az saytına açıqlama verib.

Müdafiəçi Premyer Liqanın 10-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib: “Qarabağ” oyununda vacib bir xal qazanmışdıq. Oyunçularda da özünəinam və rahatlıq yaranmışdı. Yorğun olmağımıza baxmayaraq biz “Nefti”dən çox epizod yaratdıq. Biz bu oyun üçün yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, öz meydanımızda maksimum üç xal qazanaq. Deməzdim ki, biz pis oynadıq. Həftəiçi üç oyun oynamışdıq. Buna baxmayaraq sona kimi vuruşduq, “Neftçi”ni məğlub etməyimiz üçün sonluq çatmadı. Qol vura bilmədik, bir az da bəxtimiz gətirmədi”.

Alxasov Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra komandadakı dəyişikliyin olub-olmamasından danışıb: “Tərlan müəllimin gəlişindən sonra komandaya özünəinam qayıdıb. Oyundan-oyuna da yaxşı futbol göstərəcəyik. Komandadakı əhval-ruhiyyə də başqadı”.

Premyer Liqanın 11-ci turunda “Sumqayıt”la qarşılaşacaq “Keşlə” bu oyunda qələbə üçün meydana çıxacaq: “Sumqayıt” çox yaxşı oyun sərgiləyir, vuruşan komandadı. İnanıram ki, “Sumqayıt”la çox gözəl oyun olacaq. Maksimum nəticə qazanmaq istəyirik”.

“Səkkiz komandadan hansı layiqdisə çempion da həmin komanda olsun. İndidən heç nə demək olmur. Hər şey sonda bilinəcək. Bütün komandalar yaxşı mübarizə aparır” – deyə, Slavik Alxasov fikirlərini yekunlaşdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30