25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Mirsahib Abbasov: "Səbail"lə görüşdə məqsədimiz qələbə qazanmaqdı"

“Səbail”lə görüşdə məqsədimiz qələbə qazanmaq olacaq. Məncə, istədiyimizi həyata keçirə bilsək, qalib gələcəyik, buna gücümüz də çatar”. Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Zirə”nin hücumçusu Mirsahib Abbasov deyib.

Forvard Premyer Liqanın 10-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirəcəkləri oyun barədə danışıb. O, “Bakcell Arena”da ev sahibi kimi oynamaqlarının onlar üçün problem olmayacağını bildirib: “Bakcell Arena”da oynamağımızın elə də fərqi yoxdu. Çünki bu stadion rəqib üçün də yad arenadı. Oyunun harada olmasından asılı olmayaraq matç keçirilməlidi. Düzdü, Zirədə olsa daha yaxşı idi. Amma məkan elə də vacib deyil, əsas odu ki, istəyimizi həyata keçirək”.

Abbasov “Səbail”i də dəyərləndirib: “Düzünü desəm, rəqibin heyətindən kiminsə adını çəkmək, xüsusi fərqləndirmək istəməzdim. Ancaq komanda şəklində çox yaxşıdılar. Birinci dövrədə məhz “Səbail”ə texniki məğlubiyyəti çoxdan unutmuşuq. Bunun budəfəki oyunumuza heç bir təsiri olmayacaq. “Səbail”i məğlub etməliyik, başqa yolumuz da yoxdu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30