24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Rəhman Hacıyev: "İstədiyimiz nəticəni əldə edə bildik"

"Bilirdik ki, ağır oyun olacaq. Baş məşqçinin həftəboyu verdiyi tapşırıqları düzgün yerinə yetirməyə çalışdıq. Çox şadam ki, istədiyimiz nəticəni əldə edə bildik”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Topaz Premyer Liqanın 10-cu turunda “Keşlə” üzərində səfər qələbəsindən sonra klubun rəsmi saytına açıqlamasında deyib. O, son vaxtlar meydana az çıxmasından da danışıb:
 
“Bir neçə oyundur start heyətində yer almırdım. Buna baxmayaraq, komandaya fayda vermək üçün əlimdən gələni etdim. Hər oyuna 100 faiz hazır olmağa çalışıram”. Qələbə münasibətilə bütün "Neftçi”sevərləri təbrik edən Rəhman bu gündən növbəti oyunu düşünməli olduqlarını söyləyib.
 
Dünən “Keşlə” üzərində 1:0 hesablı qələbə qazanan “Neftçi” 11-ci turda evdə “Zirə”ni qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30