29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nazim Süleymanov: "Kim uduzmaq istəyər?"

Topaz Premyer Liqasının X turunda keçirilən “Qarabağ” - “Sumqayıt” oyunundan (2:0) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Nazim Süleymanov fikirlərini bildirib. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis öncə oyunla bağlı danışıb:
 
- "Qarabağ”ın matça yaxşı başlaması bizi arxadan oynamağa məcbur etdi. 20-25 dəqiqə geridən oynadıq. Qol epizodlarımız da oldu. Əfran yaxşı imkandan istifadə edə bilsəydi, vəziyyət dəyişə də bilərdi. Oyunçularda fərdi ustalıq baxımından fərq var. Rəqibin oyunçuları individual cəhətdən üstündü,
 
- Artıq 4-cü oyundu qələbə üzünə həsrətsiz. Ötən həftə ilə müqayisədə nə çatmadı?
 
- Digər oyunlara necə, bu matça da o cür hazırlaşmışdıq. Yəqin ki, rəqibin daha yaxşı oynaması öz sözünü dedi. Seriyaya gəlincə, bu, futboldu. İrəli baxmaq, çalışmaq lazımdı. Kim uduzmaq istəyər? Hamı qələbə arzulayır. Futbolun gözəlliyi bundadı.
 
- Ardıcıl xallar itirilməsi rəhbərliyin xoşuna gəlməyə bilər. Verilən istənilən qərara hazırsız?
 
- Bilmirəm, siz hansı qərarı istəyirsiz. Mən bura çalışmağa gəlmişəm. Komanda yaxşı oynayanda da yazırdız ki, baxımlı çıxış edirlər. Nə oldu, külək hardan əsdi? Məğlubiyyət varsa, əlbəttə, rəhbərlik sual verməli və baş məşqçi cavablandırmalıdı.
 
- Ancaq avrokubok zonasından get-gedə geri qalırsız?
 
- Hər bir komandanın hədəfi var. Avrokuboku kim istəməz? Biz bu yol üçün çalışırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31