25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Neftçi"nin çempion olmaq şansı yüksəkdi"

Premyer Liqanın 10-cu turu çərçivəsində “Səbail” “Zirə”nin qonağı olacaq. Hazırda üçüncü pillədə qərarlaşan “dənizçilər” bu görüşdən də qələbə ilə ayrılmaq istəyir. Futbolxeber.az saytına açıqlama verən “Səbail”in hücumçusu Ruslan Qurbanov görüşə ciddi hazırlaşdıqlarını bildirib:

“Bizim liqada hər bir komanda qalib də gələ bilər, uduza da bilər. “Zirə”nin bəxti gətirmir və bu sadəcə müəyyən müddətlikdi. İnanıram ki, Samir müəllim yaxşı komanda yaradacaq və istədiyi nəticələri qazanacaq. Ümumilikdə isə biz oyuna ciddi şəkildə hazırlaşmışıq. Qələbə seriyasını davam etdirmək istəyirik”.

Qurbanov klub rəhbərliyinin onların qarşısına məqsəd qoymadığını bildirib: “Qarşımıza üçlükdə olmaq vəzifəsi qoyulmayıb. Amma hazırda bu pillədəyiksə, yerimizi qorumağa çalışacağıq. Qarşıda oyunlar çoxdu, ona görə hər şey dəyişə də bilər. Təbii ki, mövsümü bu pillədə başa vurmağımız çox yaxşı olardı. Amma indidən bu haqda danışmaq erkəndi”.

Altı il “Neftçi”də çıxış etmiş Ruslan Qurbanov sonda onun üçün doğma hesab edilən komandanın cari mövsüm apardığı çempionluq mübarizəsinə də toxunub: “Neftçi” indi göstərir ki, çempionluq uğrunda rəqabət aparan yeganə komandadı. “Qarabağ”a qarşı oynadığı kimi oynamağa davam etsə, çempion olmaq şansları yüksəkdi. “Neftçi” hazırda yaxşı durumdadı. “Neftçi” mənim üçün doğma komandadı. Bu komandanın heyətində çempionluğu qeyd etmək xoşdu. Bu komandaya nə vaxt qayıda biləcəyimlə bağlı bir söz deyə bilmərəm. Ancaq çox istəyərdim ki, son klubum “Neftçi” olsun. İlk dəfə Azərbaycana gələndə, 18 yaşımda da ilk klubum “Neftçi” olub”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30