29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ" səfərdə "Vorskla"nı udacaq gücdədi"

“Üçüncü pillədə olmağımız bizim üçün yaxşı haldı. Bunu hələ ki, özümüz üçün uğurlu nəticə saymaq olar”. Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Səbail”in kapitanı Rahid Əmirquliyev deyib.

Əmirquliyev komandasının cari mövsümdəki çıxışını dəyərləndirib. Turnir cədvəlinin üçüncü pilləsində olmalarına baxmayaraq əsas məsələnin hələ qarşıda olduğunu bildirib: “Düzdü, üçüncü pillədəyik. Amma əsas işimiz hələ qarşıdadı. Daha yaxşı çıxış etməliyik və ən azından ilk “üçlük”də olmaq üçün çalışmalıyıq. Qarşımıza avrokuboklara düşmək məqsədi qoyulmayıb.Yeni komandayiq, yaxşı kollektiv yaratmaq istəyirik. Nə qədər yüksəklərə qalxa bilsək, o qədər yaxşıdı. Avrokuboklarda kim oynamaq istəməz? Sadəcə qarşımıza belə məqsəd qoyulmayıb”.

Premyer Liqanın 10-cu turunda “Zirə”nin qonağı olacaq “Səbail” bu görüşdən qələbə ilə ayrılmaq niyyətindədi. Komandanın kapitanı bu haqda belə deyib: “Rəqibimiz autsayder olmasına baxmayaraq, bizi çətin oyun gözləyir. Son turlarda nəticə qazana bilməyiblər. Amma “Zirə” oyun baxımındna heç bir rəqibdən geri qalmırlar. Sadəcə bəxtsizlik nəticəsində “Zirə”nin son turlarda uduzduğunu düşünürəm”.

Təcrübəli futbolçu sonda sabiq komandası olan “Qarabağ”ın son turlardakı uğursuz nəticələri haqda danışıb və Ağdam klubunun nəticələrini dəyərləndirib: “Belə bir vəziyyətə hər bir komanda düşə bilər. Bunu bəzi futbolçuların yorğunluğu ilə əlaqələndirmək olar. Bəlkə də bəzi futbolçular tam formada deyil, istədiyi oyunları göstərə bilmir. “Qarabağ”ı yaxşı tanıyıram, inanıram ki, onlar bu vəziyyətdən çıxacaq. “Vorskla” ilə Bakıdakı oyunda “Qaraağ” rəqibindən üstün oynasa da bir səhv onların məğlubiyyətinə səbəb oldu. İnanıram ki, “Qarabağ” səfərdə “Vorskla”nı udacaq gücdədi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31