Ölkə futbolu
Rahil Məmmədov: "Poltavaya qələbə ardında gedəcəyik"
"Qarabağ"ın futbolçusu Rahil Məmmədov Topaz Premyer Liqasının 7-ci turundan "Keşlə" ilə təxirə salınmış oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, 23 yaşlı müdafiəçi əvvəlcə görüş haqda danışıb:
"Bizə heç nə mane olmadı. Sadəcə, futbolda həmişə qələbə olmur. Hərdən məğlubiyyət, xal itkiləri də qaçılmazdır. Bunlardan da dərs çıxarıb irəli baxmalıyıq".
- Bu nəticə ədalətlidir, yoxsa "Qarabağ" qalib gəlməli idi?
- Deyərdim ki, ədalətlidir. Düzdür, topa daha çox biz sahib idik, rəqibin elə də çox qol epizodu olmadı. Buna baxmayaraq, nəticə 1:1-dirsə, demək, belə də olmalı idi.
- Son 5 oyunun 4-dən məğlubiyyətlə ayrılmışdınız, bu gün isə heç-heçə oldu...
- Bunlara uğursuzluq deməzdim. Həmişə qələbə olmur ki... Hərdən məğlubiyyətlə də üzləşirsən. Bu, bəlkə də xeyrimizədir. Lazımi nəticəni çıxarmaq lazımdır. Hər bir klubda bu cür uğursuzluq, ağır ab-hava ola bilər. İrəli baxmalıyıq.
- "Neftçi" artıq 5 xal irəliddədir. Demək olarmı ki, ötən mövsümlərlə müqayisədə bu il çempionluq sizin üçün daha çətin olacaq?
- İnanmıram ki, "Qarabağ" üçün çempionluq nə vaxtsa asan başa gəlib. Hər zaman çətinlik olub. Lakin heç birimiz çətinlikdən qorxmuruq. Birinci dəfə deyil ki, belə halla rastlaşırıq.
- "Vorskla"ya Ukraynada qalib gəlməyə gücünüz çatacaq?
- Əlbəttə, gücümüz çatar. Amma qalib gələcəyimizi əvvəlcədən demək olmaz. Poltavaya nə məğlub olmağa, nə də heç-heçə etməyə gedirik. Biz ora qələbə üçün yollanacağıq.
- "Qarabağ"da az oynadığın halda millinin heyətində yer aldığına dair söz-söhbətlər sənə necə təsir edir?
- Belə söz-söhbətləri eşitməmişəm. İlk dəfə siz dediniz. Heç bir mənfi təsiri yoxdur, buna inanmıram da. Yaxşı oynayanda yaxşı, pis oynayanda pis deyirlər. Bunlar futbolun tərkib hissəsidir.
- "Qarabağ"da Rəşad Sadıqov, Bədavi Hüseynov və Yakub Jezniçak kimi mərkəz müdafiəçiləri var. Belədə sənin üçün start heyətə düşmək çətin olmur?
- Əksinə, sevinirəm ki, belə müdafiəçilərlə eyni klubdayam. İnkişaf rəqabət olan yerdə var. Hər üçündən çox şey öyrənirəm. Onların Çempionlar Liqası və Avropa Liqası təcrübələri var. Mən isə Avroliqada cəmi 3 oyunda meydana çıxmışam, o da son dəqiqələrdə. Yəni, öyrənəsi çox şey var.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
-
21:36
İmad Faraj “Neftçi”dən getdi
-
21:28
"Turan Tovuz" mövsümə qələbə ilə başladı
-
20:09
Yeni mövsümün ilk qolu vuruldu
-
18:42
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
-
18:00
Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb
-
17:37
“Qarabağ”ın oyununun biletləri satışa çıxdı
-
17:15
"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilə imzalayıb
-
16:48
“Rapid” - “Harts” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
16:06
Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat alıb
-
15:23
“Qarabağ”ın “Tvente” ilə oyunlarının hakimləri açıqlandı
-
14:51
Murad Məmmədov “Pafos"da ilk qolunu şərh etdi
-
14:39
Azərbaycan gimnastı Fidan Qurbanlı dünya çempionatında çıxış edib
-
14:14
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub
-
14:00
“Fənərbaxça” braziliyalı legionerlə yollarını ayırdı
-
13:42
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
-
13:27
Milli üzvü "Neftçi"yə qayıtdı
-
12:55
Musa Qurbanlı: “Zamanla daha yaxşı olacaq”
-
12:38
"Gəncə" sabiq üzvü ilə güclənib
-
12:16
Markeviç: “Qarabağ”ın legionerlərinin fərdi ustalığı daha yüksək oldu”
-
11:41
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
-
11:23
Üç boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
11:09
"Murov Az Terminal" daha bir voleybolçu ilə anlaşıb
-
10:54
UEFA reytinqi: Azərbaycanın əmsalını artdı
-
10:32
Zamiq Əliyevin komandası Avroliqanın pley-offunda
-
10:17
Tahir Gözel: “İki yeni futbolçuya ehtiyacımız var”
-
10:00
“Qarabağ”ın “Yıxılmadım, ayaqdayam” mesajı...
-
23:59
Murad Məmmədov “Pafos”da qol hesabını açdı: “Zalsburq”u məyus etdi
-
23:45
“Tvente” “Qarabağ”a rəqib oldu
-
23:32
Emreli oynadı, komandası mərhələ adladı
-
23:16
“Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”
-
22:58
Qurban Qurbanov: “Vacib qələbə qazandıq”
-
22:27
“Dinamo”nun baş məşqçisi: “Qarabağ” bütün imkanlardan maksimum yararlandı”
-
22:01
“Qarabağ” pley-offa yüksəldi
-
19:41
Ronaldo daha 2 il “Sumqayıt”da
-
18:13
"Kəpəz"də yeni müqavilə
-
18:00
Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək
-
17:34
“Sumqayıt” - “Neftçi” matçının biletləri sabah satılacaq
-
17:22
Azərbaycan paracüdoçuları Avropa çempionatında iştirak edəcəklər
-
16:49
“Qarabağ” - “Dinamo" oyunundan öncə fan-zona təşkil ediləcək
-
16:15
İspaniya Superkubokunun oyunları İstanbulda keçiriləcək
-
15:51
Çexiya millisinin sabiq kapitanı Azərbaycan klubunda
-
15:26
Azərbaycanın velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına başlayıblar
-
15:07
"Şəfa" daha bir legioner transfer etdi
-
14:48
"Araz-Naxçıvan" onu geri qaytardı
-
14:33
“Qarabağ”ın matçı ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək
-
13:14
“Neftçi” heyətini amerikalı ilə gücləndirib
-
12:59
"Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
-
12:42
Azərbaycan Premyer Liqası: ilk turun hakim təyinatları açıqlandı
-
12:25
Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub
-
12:00
Yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub
14.08.2026
13.08.2026
























