Ölkə futbolu
"Qəbələ" rəsmisi: "Orxandan niyə soruşum, o kimdir ki..."
“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlınn müsahibəsi
-“Sumqayıt”la oyunun 90-cı dəqiqəsində baş verənlər və Orxan Məmmədovun qərarları xeyli müzakirə olundu. Əvvəlcə bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdim...
- Təqribən 1 ay əvvəl Qəbələyə gəlmiş və stadionda məşq etmək üçün bizə müraciət etmişdi. Amma həmin vaxt nəsə oldu, alınmadı. Kiməsə zəng vurum deməliydim, o adam da gec cavab verdi. Həmin müddətdə Orxan stadiona getdi, ancaq mühafizə xidmətinin əməkdaşı onu meydançaya buraxmadı. Mənə mesaj yazdı ki, “eybi yox, buraxmasınlar, mən sizə göstərəcəyəm”. Bu mesaj durur. Son oyundakı hadisə olmasaydı, qırmızı vərəqələri verməsəydi, heç həmin söhbət yadıma düşməyəcəkdi. Bunlar baş verəndən sonra öz-özümə düşündüm ki, nə ola bilər. Rauf Əliyevə etiraza görə 2-ci sarı vərəqədən “qırmızı” verdi. Həmin vaxt ehtiyatda olan 11 oyunçu və 7 texniki işçi eyni anda etiraz edirdi. Hamı da haqlı idi ki, Bəhlula qırmızı vərəqəni düz göstərməyib. Sonradan özü də bunu etiraf etdi. Etiraz edənlərdən kimə istəsə, sarı vərəqə verə bilərdi. Amma seçirsən, əvvəldən “sarı”sı olan Raufa ikinci dəfə xəbərdarlıq edib, “qırmızı” göstərirsən. Bilirsiniz, yanaşma tərzi var. Yəqin, orada 4-cü hakim Orxana deyib ki, “qırmızı”nı Raufa göstər. Birbaşa qırmızı vərəqə versəydi, hardasa başa düşmək olardı ki, futbolçunun aqressivliyinə görə bu addımı atıb. Həmin anda “sarı”sı olmayan bir oyunçunu cəzalandırıb, ortalığı sakitləşdirə bilərdi. Yaxud ən azından şifahi xəbədarlıq edərdi ki, özünü düzəltsin. Oyundan əvvəl iclas olanda ordan-burdan eşidirdim ki, nəsə olacaq. Çünki Orxanın bizimlə münasibəti yaxşı deyil. Qulağıma çatmışdı ki, “Qəbələ”nin oyununa təyinat alanda sevinə-sevinə gəlir. Matçdan 2 saat öncəki iclasda 4-cü hakim bizə dedi ki, futbolçulara tapşırın, Orxan Məmmədovun qərarlarına etiraz etməsinlər. Mən isə onlara bildirdim ki, dünyanın harasında görülüb, hakimin hər qərarı ilə razılaşsınlar. Çünki epizodu hərə bir cür görür və hamı özünü haqlı sayır. Emosiyalar yüksək olar, ona görə də etiraz etmək normaldır. Burada qeyri-adi bir şey yoxdur. Etirazı necə aşağı salmaq isə hakimin səviyyəsindən asılıdır. Sarı vərəqəni elə verə bilər ki, oyunçu qayıdıb onu söyər. Ancaq elə də edə bilər ki, futbolçu ona “sağ ol” deyər. Bu, birbaşa hakimin qabiliyyətindən asılıdır. İclasda da dedim ki, bu məsələyə belə sərt yanaşırsınızsa, yüz faiz oyunda nəsə olacaq. Çünki artıq şübhələnməyə başlamışdım. Hakim-inspektor Murad Məmmədov idi. Ona bildirdim ki, siz özünüz nə dərəcədə inanırsınız ki, oyunçu etiraz etməyəcək. Harada görülüb ki, futbolçuya sarı vərəqə verəcəksən, başını aşağı salıb gedəcək. Heç kim buna zəmanət verə bilməz. Futbolçu görsə ki, haqsızlıq olub, mütləq etiraz edəcək. Göründü ki, hakim-inspektor o sözləri elə-belə deməyibmiş.
- Yəni deyirsiniz ki, hər şey əvvəlcədən planlaşdırılmışdı?..
- Baxın, əvvəlcə Bəhlula qırmızı vərəqə göstərdi. Oyundan sonra epizodun videoyazısını həm hakim-inspektora, həm də hakimlərin özünə apardım ki, gəlin, bir də baxaq, vərəqəni səhv vermisiniz. Həmin vaxt Murad Məmmədov mənimlə kobud şəkildə danışdı. Dedi ki, özümüz harada baxacağımızı yaxşı bilirik, bizə göstərmək lazım deyil. Mən də razılaşdım və bildirdim ki, onda mən protokolda Bəhlula haqsız yerə qırmızı vərəqə göstərildiyini yazacağam. Söylədi ki, yaza bilərsən, sənin haqqındır. Halbuki Murad müəllimdən mənimlə belə kobud danışacağını gözləmirdim. Videodur də, göstərirəm, bax. Burada nə var ki? Səni yeməyəcək ki? Bax, sonra fikrində qal və ya dəyiş, öz fikrindir. Mən sadəcə, təklif edirəm ki, video var, gəl, baxaq. Bəs nə oldu, deyirdin, hər şeyi görmüşəm. Soruşdum ki, nə olub, niyə belə aqressivsiniz? Dedim, qırmızı bizim futbolçuya göstərilib, biz aqressiv olmalıyıq. Nə isə, mən öz etirazımı yazdım. Onu deyim ki, bu vaxt da çox kobud səhvə yol verildi. Çünki əsasnaməyə görə, birinci hakimlər protokolu yazmalı, bundan sonra klublardan əlavə və ya etirazların olub-olmadığını soruşmalıdır. Yalnız bundan sonra o, qol çəkib protokolu bağlamalıdır. Biz öz etirazımızı yazandan sonra hakimin protokola nəsə əlavə etməyə haqqı yoxdur, ixtiyarı çatmır. Biz sarı, qırmızı vərəqələrlə bağlı öz etirazımızı yazandan sonra 4-cü hakim protokolu apardı ki, Orxan Məmmədov qol çəksin. Sonra protokolun nüsxəsini gətirəndə gördük ki, baş hakim ora əlavə edib. Soruşdum ki, bu nə əlavədir? Bizdən sonra sizə kim ixtiyar verir ki, ora nəsə yazasınız? Dedim ki, mənim də əlavəm var, Stankoviçin də sarı vərəqə almasına etiraz edirəm. Bildirdi ki, bunu Orxanın özündən soruşun. Mən də dedim ki, Orxandan niyə soruşum, o kimdir ki. Orxanın işi gəlib hakimlik edib getməkdir. Qayda var, qanun var. Belə şeyi çoxdandır görmürəm.
- Belə çıxır ki, Orxan Məmmədov özünü sığortalamaq üçün belə edib?
- Hər-halda buna görə edib. Yəqin mən videonu göstərmək istəyəndən sonra özü epizoda baxıb və ya kimdənsə soruşub ki, protokolda sarı vərəqəni Stankoviçə göstərməli olduğunu qeyd edib. Yenə sual çıxır: Stankoviçə niyə “sarı” verilməldir ki? Orada futbolçular bir-birilərini itələyiblər. Bəhlul da onları ayırmağa çalışırdı. Orxan protokolda qırmızı vərəqəni səhv göstərdiyini yaza bilməzdi. Ona görə də Stankoviçin adını qeyd edib.
- Orxan Məmmədov özü Qəbələdən olsa da, “Qəbələ” ilə ulduzu barışmır. Əvvəllər də onun hakimlik etdiyi matçlarda qalmaqal olub. Sizcə, bu, nə ilə bağlı ola bilər?
- Bilmirəm. Bunu Hakimlər Komitəsi araşdırmalıdır. 2 il öncə Gəncədə 4-cü hakim idi. Oyunu isə Əliyar Ağayev idarə edir. Həmin oyundan sonra bildirmişdi ki, hakimlərə fiziki təzyiq olub, Əliyarı vurublar. Halbuki Ağayev özü belə bir şeyin baş vermədiyini söyləmişdi. Bir neçə il öncə “Sumqayıt”la oyunumuzu idarə edən zaman da xoşagəlməz hadisələr olmudşu. Qapımıza penalti təyin etmiş, Vladimir Levinə qırmızı vərəqə göstərmişdi. Mən oyunöncəsi iclasda soruşdum ki, Hakimlər Komitəsi Orxanın Qəbələdən olduğunu, üzərində təzyiq hiss edə biləcəyini bilirmi? Çünki adamdır, fikirləşər ki, qəbələliyəm, birdən qərar verərəm, elə bilərlər, “Qəbələ”yə kömək edirəm. Hakim-inspektordan soruşdum ki, niyə ona təyinat verirsiniz? Çünki bəzi şeylər eşitmişdim. Bilirdim ki, 90-cı dəqiqədə penalti və ya qarışıqlıq ola bilər. “Sumqayıt”ın nümayəndələri də həmin iclasda idilər. Oyundan qabaq bu sözlərin hamısını demişəm. İki məsələyə toxundum: biri, oyunçuların hakimə etirazı məsələsinə, digəri isə 90-cı dəqiqədə qalmaqal ola biləcəyi ilə məqama. Onlara dedim ki, Orxanın evi Qəbələdədir, hətta bir dəfə azarkeşlərimiz etiraz etmək üçün onun evinə getmişdilər. Bütün bunlar onu təzyiq altında saxlaya bilər. Soruşdum ki, siz bütün bunları nəzərə alıb təyinat verirsiniz. Onda Murad Məmmədov dedi ki, Hakimlər Komitəsi var, biz təyinatlara qarışmırıq. Bilirdim ki, nəsə olacaq. Gəldi, oldu. Nostradamus deyiləm, əlavə hissiyatım yoxdur. Nəyisə bilirəm ki, deyirəm. Bilirdim ki, Orxan kimin yanında nə deyib və nəyə gəlib. Ona görə də əvvəlcədən xəbərdarlıq etmişdim. Hər şey üst-üstə düşdü.
- Bununla bağlı AFFA-ya hər hansı şikayət etmək fikriniz varmı?
- Zəng vurmuşdular, sabah saat 12-də İntizam Komitəsinin iclası olacaq. Klubun nümayəndəsini də dəvət ediblər. Yəqin, orada baxılacaq. Ümid edirik ki, yeni Hakimlər Komitəsi, təzə sədr bizim hakimlərə necə işləmək lazım olduğunu başa salacaq. Çünki bu formada qabağa getmək olmaz (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- “Səbail” kapitanı ilə yollarını ayırır
- Berdıyevdən mini master-klass
- “Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- Futzal millimizdə yeni məşqçi təyinatı
- “Səbail” Adil Şükürovla yola davam edir
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurbanov məğlubiyyəti şərh etdi
- Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal görüşünün nəticəsi dəyişdirilib
- Ceykob Merfi: “Qarabağ”a qarşı oyunumuz mövsümdəki ən yaxşı matçımız idi”
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- ABŞ Səfirliyi Nəriman Axundzadəni təbrik edib
-
23:31
"Neftçi" "İmişli" ilə oyuna hazırdır FOTOLENT
-
22:47
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
22:19
U-21 millimizin heyəti açıqlandı
-
21:22
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
-
21:05
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
-
20:53
"Neftçi" "İmişli" ilə oyuna itki ilə çıxacaq
-
19:36
"Karvan-Yevlax" - "Zirə" matçında tək qol VİDEO
-
19:14
Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib
-
18:48
Füzuli Məmmədov: "Qolumuz sayılmalı idi"
-
18:25
Rəşad Sadıqov: "Təqvimə baxanda qorxulu yuxuya bənzəyir"
-
17:57
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri başlayıb
-
17:32
I Liqada 19-cu tura yekun vuruldu
-
17:11
“Neftçi” İK vahid lider oldu
-
16:00
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
-
15:47
II Liqada 21-ci turun oyun cədvəli açıqlandı
-
14:26
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
-
14:03
Bakıda beynəlxalq təlim-məşq toplanışı
-
13:34
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək
-
12:18
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
-
11:45
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
-
11:22
"Trabzonspor"dan səfər qələbəsi VİDEO
-
10:59
Millimizin seçmə mərhələ üçün heyəti
-
10:31
"Liverpul" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Barselona" - "Nyukasl" matçında 9 qol VİDEO
-
20:54
Cüdo Federasiyası tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edilib
-
19:48
"Araz-Naxçıvan" Şamaxıdan 3 xalla qayıtdı VİDEO
-
18:27
"Kimin kiminlə problemi varsa, ora yozur"
-
18:00
Andrey Demçenkodan qələbə şərhi
-
17:39
MOK-da Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası keçirilib
-
17:12
Azərbaycan millisi yenə darmadağın oldu
-
16:55
“Araz-Naxçıvan”dan vacib qələbə
-
16:46
Yeniyetmə cüdoçular üçün maarifləndirici görüş
-
16:21
AFFA 6 klubu cərimələdi
-
15:34
Ayın qolunun müəllifi mükafatlandırıldı
-
14:56
“Sumqayıt” Akademiyasında psixoloq tərəfindən terapiya seansları təşkil olunub FOTOLENT
-
14:28
25-ci turun hakim təyinatları
-
14:13
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər açıqlandı
-
14:00
Yuri Vernidub: “Hakimliyin daha yaxşı olmasını istərdim, amma olan budur”
-
13:49
“Araz-Naxçıvan” - “Neftçi” oyunu Qafarlıya tapşırıldı
-
13:32
AFFA nümayəndələri UEFA-nın seminarında
-
12:57
Riçard Almeydanın yeni klubu bilindi
-
12:26
De Bleker “Barselona” - “Nyukasl” oyununda
-
12:04
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək
-
11:48
16 yeniyetmə qız cüdoçumuz Türingiya Kubokunda iştirak edəcək
-
11:15
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:51
Afrika çempionluğu Seneqaldan alınıb Mərakeşə verildi
-
10:39
Emin Məmmədov: “Siz “Qarabağ” olaraq böyük iş görürsünüz”
-
10:23
"Fənərbaxça"dan 4 qollu qələbə VİDEO
-
10:02
"Neftçi" 89 yaşında! VİDEO
19.03.2026
18.03.2026























