23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Neftçi”dən nöqsanlı təşkilatçılıq

Bu gün Topaz Premyer Liqanın 9-cu turunda “Neftçi” “Qarabağ”ı qəbul edir.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bəzi azarkeşlər stadiona girməkdə problemlə üzləşib. Fanatlar bununla bağlı sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.

Məsələ burasındadır ki, "Bakcell Arena"nın 3 A sektoruna bilet alan bir qrup azarkeş bu sektorun qapısı bağlı olduğundan stadiona girə bilmir. Onları digər qapılardan da içəri buraxmırlar.

Daha bir problem isə "Qarabağ" azarkeşləri ilə bağlı yaşanıb. "Neftçi" klubu heç bir izahat vermədən komandanın onlarla azarkeşini biletləri olduğu halda tribunaya buraxmayıb. Matçın başlamasına 3 dəqiqə qalmış onlarla azarkeş çöldə gözləməli olub. Yalnız Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müdaxiləsində sonra fanatlar içəri buraxılıblar. 

Qeyd edək ki, “Neftçi” - “Qarabağ” oyunu saat 17:00-da başlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30