16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Tahir Gözəl: "Almeydanı geri qaytarmaq Qurban Qurbanovun işidir"

"Qarşıdakı oyunlarda daha yaxşı oynayıb nəticə əldə etməyə çalışacağıq. Meydanda daha yaxşı oynayan bir komanda gözləyirdim".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin III turunda “Vorskla”ya 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

O, qarşılaşmaya az azarkeşin gəlməsinə də toxunub: “Stadionda 12 minə yaxın azarkeş var idi. Bu görüşlər bizim üçün çox önəmlidir. Oyunda azarkeş sayı çox az oldu. Fanat çox olanda futbolçular da daha yaxşı oyun sərgiləyirlər. Amma bəhanə axtarmamalıyıq. Günahı özümüzdə tapmalıyıq".

Tahir Gözəl “Qarabağ” üçün hər bir şəraitin yaradıldığını da bildirib: “Oyunçular stadionların ən yaxşısında oynayırlar. Bütün imkanlar var. Düşünürəm ki, Qurban Qurbanov və kollektiv bu oyundan dərs çıxardı. Bizim başqa yolumuz yoxdur, sona qədər döyüşməliyik. Lazım olan oyunu göstərməliyik. Hədəfimiz “Qarabağ”ın adını bütün dünyaya çatdırmaqdır. Hesab edirəm ki, bu hamımızın məqsədi olmalıdır".

Vitse-prezident Riçard Almeydanın komandadan ayrılmasının Ağdam təmsilçisinin çıxışına təsir etdiyini söyləyib: "Almeyda və digər yaxşı oyunçularımız komandadan ayrıldı. Onu geri qaytarmaq Qurban Qurbanovun işidir. Amma düşünürəm ki, komandalar bir oyunçudan asılı olmamalıdır. Gələcəkdə hər şeyin yaxşı olacağına ümid edirik" (“Report”).     

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30