28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: “Arsenal”la oyundan sonra üzərimizdə təzyiq yarandı”

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində 3-cü turunda öz meydanında “Vorskla”ya 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Təbii ki, xal qazanmaq üçün bu gün yaxşı fürsət idi. Amma bundan istifadə edə bilmədik, məğlub olduq. Çox üzgünük. İstəyirdik ki, qələbə qazanaraq, həm özümüzü, həm də azarkeşlərimiz sevindirək. Ancaq bu, baş vermədi.

- Sizcə, bu gün oyununuz niyə alınmadı?

- Artıq bu, ilk hal deyil ki, qapımıza gələn 3 zərbənin 2-3-ü qol və ya 1 zərbənin 1-i qol olur. Paltardəyişmə otağında da bunu düşünürük, hücumlar edirik, oyuna nəzarət bizdə olur, amma qapımıza gələn 1-2 zərbə qola çevrilir. “Arsenal”la oyundan sonra üzərimizdə təzyiq yarandı. Çoxlu şansları boşa vermişdik. Ordan xal qazansaydıq, bu oyuna tam fərqli əhval-ruhiyyədə çıxacaqdıq. Adam heç olmasa, bir az həvəslənərdi. İlk iki turda uduzduq. Özü də çox məyusedici məğlubiyyətlər yaşadıq. Həmin məğlubiyyətlər komandamıza psixoloji cəhətdən pis təsir etdi. Xüsusilə də “Arsenal”a uduzmağımızı deyərdim. “Vorskla” müdafiədən oynadı. Bu gün də heç nədən qol buraxdıq. Qol imkanları yaratsaq da, alınmadı.

- “Qarabağ”la “Arsenal” arasında böyük səviyyə fərqi var. “Arsenal”la oyun sizə niyə pis təsir etdi ki?

- Əlbəttə, səviyyədə fərq var. Sadəcə, oyundan öncə heç özüm də təxmin etmirdim ki, bu qədər şanslarımız olacaq. “Arsenal”a 1-2 qol vursaydıq, tam fərqli mənzərə olacaqdı. Qrupda fərqli yerdə olardıq. Məğlubiyyət uşaqlara pis təsir edir. Onlarda ruh düşkünlüyü yaranır. İlk iki oyunda xal qazansaydıq, bu gün tam fərqli olacaqdı.

- Ötəngünkü dopinq testi və “Səbail”lə oyundakı texniki məğlubiyyət sizə nə dərəcədə təsir etdi?

- Xeyr, mən bunları səbəb gətirmirəm. Bu, fərqli oyun idi. Fikrimiz oyunda idi, köklənmişdik. Bilirdik ki, rəqib kompakt oynayaraq, tempi aşağı salacaq. Biz də səbirli oynamağa çalışırdıq. Ancaq ikinci hissədə buraxdığımız adi qol bir çox şeyi pozdu.

- "Vorskla"nın futbolçusu Mixail Sergeyçuk oyundan öncə bildirmişdi ki, “Qarabağ”ı cinahlarda bağlasaq, qol vurmayacaqlar. Bunu bacardılar?

- Cinahlardan yetərincə asmalar oldu, hücumlarımız oldu. Sadəcə, bu tip oyunlarda qalib gəlmək üçün daha yaxşı olmalıyıq.          

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31