28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimizin baş məşqçisi məğlubiyyət haqda: “Bəlkə də hesabın belə olması xeyirimizədir”

"Oyun çox ağır keçdi. Rəqibdən üstün oynamağımıza baxmayaraq, iki sadə standart vəziyyətdən qollar buraxdıq. Məğlubiyyətə layiq deyildik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın rəsmi saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd deyib. Yoldaşlıq oyununda Bolqarıstana 1:2 hesablı məğlubiyyəti şərh edən gənc mütəxəssis futbolçularından razı qalıb:

"Komanda 10 oyun idi uduzmurdu. Bəlkə də hesabın belə olması xeyirimizədir. Məğlubiyyətə baxmayaraq, futbolçulardan razı qaldım. Onların hər birinə güvənirəm. Əsas odur ki, komandamız güclü Bolqarıstan yığmasından heç bir komponentdə geri qalmadı".

V. Məmməd bu cür rəqiblərlə oyunların komandaya faydalı olduğunu bildirib: "Futbolçularımızın Avropa səviyyəsinə çatmasını istəyiriksə, Bolqarıstan yığması kimi güclü rəqiblərə qarşı çox oyun keçirməliyik. Bundan sonra fikrimizi seçmə mərhələ oyunlarına yönəldəcəyik. Həmin vaxt “Qəbələ” ilə Çempionlar Liqasında çıxış edən və xaricdə oynayan bəzi oyunçularımız da bizə qoşulacaqlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31