19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Vorskla"nın müdafiəçisi: "Qarabağ”ın hücum xətti çox sürətlidir"

"Sabahkı oyun bizim üçün çox vacibdir. Rəqibimiz güclü komandadır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Vorskla”nın müdafiəçisi İqor Perduta Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Qarabağ”la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Sabahkı matçla bağlı fikirlərini açıqlayan futbolçu Ağdam klubunun avrokuboklarda böyük təcrübəsinin olduğunu söyləyib:

“Qarabağ” son illər Azərbaycan çempionu olmuş və Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş komandadır. Avrokuboklarda böyük təcrübələri var. Deyərdim ki, azarkeşlərin zövq alacağı oyun olacaq”.

“Vorskla”nın üzvü “Qarabağ”ın heyətində 3 futbolçunu fərqləndirib: “Qarabağ” güclü komandadır. Hücum xətti sürətlidir. Mərkəz hücumçuları İnnosent Emeqara, həmçinin cinah oyunçuları Mahir Mədətov və Abdullah Zubiri fərqləndirərdim. Ancaq biz də vətənə qələbə ilə dönmək əzmindəyik”.

Komandadakı maaş probleminə də toxunan Perduqa artıq hər şeyin qaydasında olduğunu bildirib: “Klub rəhbərliyi həmişə ödəmələri vaxtında etməyə çalışır. Bəzən müəyyən gecikmələr ola bilər. Bununla belə onlar bizim arxamızdadılar. Artıq hər şey qaydasındadır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30