19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Qol vurmaq üçün yollar axtaracağıq”

“Sabah vacib oyuna çıxırıq. Hər iki komandanın xalı yoxdur.  Ona görə də hər iki tərəf matça ciddi hazırlaşıb. Düşünürəm ki, hamımız üçün maraqlı görüş olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Vorskla” ilə ev oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Səbail"ə texniki məğlubiyyətdən sonra komandada psixoloji durum nə yerdədir?

- Hər şey qaydasındadır. Tam fərqli turnirə hazırlaşırıq. Psixoloji vəziyyət normaldır.

- “Vorskla” digər komandalarla müqayisədə dişimizə uyğun rəqibdir. Bu məqam hər hansı təzyiq və ya psixoloji yüklənmə yaradırmı?

- Başa düşürük ki, ciddi qrupda mübarizə aparırıq. Komandada böyük məsuliyyət var və bu, bizə kömək ola bilər. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.

- Donald Gerye “Səbail”ə qarşı oynadı, sabah da meydana çıxa biləcəkmi?

- Ümumi durumu yaxşıdır, zədəsi tam sağalıb. Amma hazırlıqla bağlı problemi var.

- Hannes Halldorsson sabah “18-lik”də olacaqmı?

- Bu, sabah dəqiqləşəcək.

- “Qarabağ” qol vurmaqda çətinlik çəkir. Bu problemi “Vorskla” ilə oyunda aradan qaldırmaq mümkün olacaqmı?

- Hələ onlarla oynamamışıq, amma qol vurmaq üçün yollar axtaracağıq. Problem təkcə hücum xətti ilə bağlı olsaydı, daha asan olardı. Sabah qol vurmağa çalışacağıq.

- Oyuna azarkeşlərin az gəlməsi gözlənilir. Buradan onlara nəsə demək istərdinizmi?

- Məncə, nəsə deməyə ehtiyac yoxdur. Onlar hər zaman bizimlə olublar. İnanıram ki, sabah sayları çox olacaq və bizə dəstək verəcəklər.

- Hər iki komandanın xalı yoxdur, amma “Vorskla” həm “Arsenal”, həm də “Sportinq”in qapısına yol tapa bilib. Bununla bağlı hansı tədbir görmüsünüz?

- Bilirik ki, qol vurmağı bacaran komandadır. Müdafiədə diqqətli, hücumda isə fəal olmalıyıq ki, istədiyimiz nəticəni qazanaq. İstənilən halda oyuna hazırıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30