24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Fərid Nəbiyevdən dubl

Çexiya Gənclər Liqasında 12-ci turun görüşləri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın 21 yaşadək futbolçulardan ibarət komandası səfərdə "Viktoriya" ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb.

Praqa təmsilçisinin heyətində qollardan ikisini U-21 millimizin üzvü vurub. Nəbiyev əvvəlcə oyunun 14-cü dəqiqəsində - hesab 1:1 olarkən fərqlənib. Gənc forvard 21 dəqiqə sonra özünün 2-ci, komandasının isə 3-cü qoluna imza atıb. 19 yaşlı futbolçu bu mövsüm vurduğu qolların sayını 8-ə çatdırıb.

Xatırladaq ki, Fərid 8-ci turun "Çeske" ilə oyununda (4:4) da dubl etmişdi.

Qeyd edək ki, Nəbiyevin komandası hazırda 11 xalla 11-ci pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30