28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bu qələbə bizə çox lazım idi”

Topaz Premyer Liqasının VIII turunun “Qəbələ” - “Neftçi” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı mütəxəssisin qazanılan 3 xalı belə şərh edib:

“Məğlubiyyətlərdən sonra klub şəklində birləşdik. Fasilə də bu baxımdan xeyrimizə oldu. Bu zamandan yaxşı istifadə etdik. Futbolçularla həm fərdi, həm komanda şəklində söhbətlər apardıq. Bir ailə olmağı bacardıq. İlk dövrədə bəzən yaxşı oynasaq da, nəticə qazana bilmirdik. Bu da oyunçulara psixoloji təsir edirdi. Gərginliyi aradan qaldırdığımız üçün sevinirəm. Həm azarkeşlərimizi, həm futbolçuları parlaq qələbə münasibətilə təbrik edirəm. Aqil Məmmədovu xüsusi təbrik etməyi lazım bilirəm. Bu gün çox yaxşı oynadı. Belə oyunun səbəbi məşqlərdə istəkli olmasıdır. Neçə vaxtdır şansını gözləyirdi və bundan çox yaxşı istifadə etdi.

Son matçımızda yaxşı oynamasaq da, digər görüşlərdə inkişaf var idi. Bunu təhlillər də göstərirdi. Amma nəticə olmadıqca, futbolçular da üzülürdü. Onlar çox əsəbi idilər və “Neftçi” ilə oyunun başlamasını gözləyirdilər. Bu qələbə bizə çox lazım idi. Matçdan sonra arxayınlaşa bilmərik. Xal ehtiyatımız çox deyil. Yaxşı oynasaq da, təhlillər aparıb, daha da inkişaf etməyə çalışacağıq. Qarşıda 2-ci, 3-cü, 4-cü dövrə var. Bu qələbəni unudub, növbəti matça hazırlaşacağıq. Təmkinin Xəlilzadənin qırmızı vərəqəsini bəxtsizliklə bağlayırdım. Bunda oyunun gərginliyinin də rolu oldu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31