19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bordin: “Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq”

“Qəbələ”ni təbrik edirəm. Təəssüf ki, hesab açılmamışdan əvvəl yaxaladığımız qol imkanlarından istifadə edə bilmədik. Rəqib isə bizi əks-hücumlarda yaxalayıb qol vurdu. Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqanın 8-ci turunun “Qəbələ” ilə səfər matçından (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Dario və Dabonun yaxşı oynamaması ilə bağlı suala cavabında deyib: “Birinci hissədə normal oynadılar. Sadəcə, təkcə Dario və Dabo yox, ümumiyyətlə, bütün komanda üzvləri üzərlərində çalışmalı və artırmalıdır”.

O deyib ki, “Qəbələ”nin bugün göstərdiyi oyun onlar üçün sürpriz olmayıb: “Rəqib kompakt müdafiə olundu. Bizi əks-hücumda yaxaladılar”.

“Rəşad Eyyubov komandanızın ən zəif oyunçusu idi. Onu əvəzləməkdə yubandınız. Bu fikirlə razısınız?” sualına Bordin belə cavab verib:

“Rəşadın zəif oynadığını hesab etmirəm. Bəlkə də oyun praktikası az idi. Bununla yanaşı, Rəşaddan razı qaldım. Zəif cəhətlərimiz ondan ibarət oldu ki, hücumlar zamanı fərdi mübarizələrdən qalib ayrıla bilmirdik. Uduzmuşuqsa, komandamız uduzub”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30