18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Kosovonun baş məşqçisi: "Rəqiblərimiz Fransa və Almaniya deyil"

"Kosovo yığmasında işlədiyim üçün şadam. Məni bu posta İsveçrə və Ermənistan yığmalarında gördüyüm işə, təcrübəmə görə təyin ediblər. Hara gəldiyimi bilirdim. Kosovo Futbol Federasiyası üzvlüyə 3 ildir qəbul olunub. Biz hələ də evin təməlini qoymaqdayıq, amma tədricən irəliləməkdəyik. Oyunçuların çoxu Avropada inkişaf edirlər. Amma real olaraq potensial var. Futbolçuları yığmaya cəlb etmək üçün nəticə olmalıdır. Son vaxtlar albanların heyətə götürülməsi əla oldu. Belə olanda başqaları da bizim tərəfə baxır".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin Millətlər Liqasında rəqibi olan Kosovo yığmasının baş məşqçisi Bernard Şalland deyib.
 
İsveçrəli mütəxəssis Millətlər Liqasında qrup lideri olmaq istədiklərini deyib: "Düzdür, son 7 oyunda uduzmamışıq. Amma qarşılaşdığımız rəqiblərə baxın, onlar Fransa və Almaniya deyil. Millətlər Liqasında qrup lideri olmaq istəyirik. Ancaq onu da qeyd edim ki, bu vəzifəyə gələndə qarşıma nəyin bahasına olursa-olsun, buna nail olmaq məqsədi qoymamışam".
 
Şalland Millətlər Liqası turnir barədə bunları deyib: "Bu turniri tənqid edənləri anlamıram. Bu yarış yoxlama oyunlarını əvəz edir. Millətlər Liqası bizim kimi kiçik ölkələr üçün arzuları reallaşdırmaq üçün vasitədir. Seçmə mərhələdən Avropa çempionatına vəsiqə qazanmaq çətindir. Əgər pley-offa yüksəlsək, bütün ölkə Avropa çempionatının həyəcanını yaşayacaq. Avropa çempionatına vəsiqə qazansaq, Kosovo üçün fövqəladə hal olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30