29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”a İsveçdə ciddi dəstək verməyə çalışacağıq”

“Qarabağ”ın “Gefle” ilə ilk oyununda tamam yeni komanda gördüm. Heyət xeyli dəyişib. Müxtəlif ölkələrdən oyunçular alınıb. Amma Qurban Qurbanov hərəsinin bir dili olan bu oyunçuları bir orkestrdə dilləndirə bilib. “Qarabağ” kollektiv oyun sərgilədi. Xeyli qol imkanlarının əldən verilməsi başqa söhbətdi, idmanda şans ciddi amildi. Hər halda “Qarabağ” İsveçə qələbəylə gəlir və bu, yekun qələbəyə böyük ümid verir”. Qol.Az saytına açıqlamasında bu sözləri İsveçdə yaşayan azərbaycanlı jurnalist Vahid Qazi “Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsində “Gefle” ilə oyunu (1:0) haqda danışarkən deyib.

Həmvətənimiz İsveçdə baş tutacaq cavab oyununda azarkeş dəstəyi toplamaq üçün əlindən gələni etdiyini və oyuna qədər də bunun üçün çalışacağını bildirib. Onun sözlərinə görə, indidən “Qarabağ”ı xeyli azarkeşin dəstəkləyəcəyini söyləmək olar: “İsveçdə yaşayan azərbaycanlılara etdiyimiz çağırış əhəmiyyətsiz olmadı. Artıq bir xeyli adam oyunda iştirak edəcəyini təsdiqləyib. Oyuna qədər daha çox adam cəlb olunacaq. Güneyli soydaşlarımız da fəal görünürlər. Komandamıza ciddi azərkeş dəstəyi verməyə çalışacağıq. İki amil bir qədər işi çətinləşdirir. Biri odur ki, oyun İsveçin şimalında, xeyli uzaq Sundsvall şəhərində keçirilir. Məsələn, ora mənim olduğum şəhərdən 869 km aralıdı. Başqa amil də oyunun ara günü keçirilməsidir. Xeyli dostumuz iş səbəbindən oyuna qatıla bilməyəcək. Bizə baxmayın, İsveçdə işə münasibət çox ciddidir”.

Qarabağda doğulub, boya-başa çatan Vahid Qazi doğma komandasının Avropada uğur qazanmasının siyasi əhəmiyyətindən də danışıb. Qeyd edib ki, Avropada “Qarabağ” adının eşidilməsi ermənilərin işğalçı dövlət olmasını yada salır: “Qarabağ” klubu işğal səbəbindən öz meydanında oynamayan yeganə Avroliqa iştirakçısıdır. Onun hər xarici səfərdə oyunlarından istifadə edərək, heç olmasa, beynəlxalq ictimaiyyətə erməni işğalının davam etdiyini xatırlatmaq olar. Bu, həm də bizim özümüzdə yatan duyğuların oyanması üçün vacibdi. Düşünürəm ki, komandanın bu qədər sevilməsi tək onun adıyla deyil, həm də yaxşı oynamasıyla bağlıdır”.

V.Qazi “Qarabağ”ın növbəti mərhələyə adlayacağına inandığını deyib: “Qarabağ”ın bu mərhələni keçmək şansı böyükdü. Qələbəyə inanıram. Həm bu inam, həm də doğma komandanı görmək arzusu 1738 kilometrlik məsafəni sarılıb qucaqlamağa yetən bir addım qədər yaxın edir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31