18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bədavi Hüseynov: "Hər şey Kosovo ilə oyunda həll olunacaq"

“Yaxşı oyun keçirdik, çoxlu qol vəziyyəti yaratdıq. Demək olar ki, hər şeyi düzgün elədik, amma bəxtimiz gətirmədi”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin müdafiəçisi Bədavi Hüseynov deyib.
 
UEFA Millətlər Liqasının IV tur matçında Malta ilə qarşılaşan və 1:1 hesablı bərabərliyə razılaşan yığmamızın arxa xətt oyunçusu qarşılaşmadan sonra sualları cavablandırıb:
 
- Futboldur, belə şeylər olur. Bəzən sən oynayırsan, amma qol vura bilmirsən. Bəzən də pis oynayırsan, amma qələbə qazanırsan. Əsas odur ki, məğlub olmadıq.
 
- Şanslarımız davam edir. Son ana qədər mübarizə aparacağıq”.
 
- Maltanın qolu zamanı sanki inanmadınız ki, rəqib fərqlənə bilər...
 
- Oyuna normal nəzarət edirdik. Rəqibin bir vəziyyəti qolla nəticələndi. Gözlənilməz oldu. Demək olar ki, sonra başqa vəziyyətləri olmadı.
 
- Ümid qalıb hələ?
 
- Əlbəttə. Əhval-ruhiyyəmiz yaxşıdır. Çünki bilirik ki, Kosovo da xal itirib. Qarşıda iki oyun var, hər şey Kosovo ilə oyunda həll olunacaq.
 
- Necə düşünürsünüz, Kosovonu səfərdə məğlub etmək realdır?
 
- Biz yaxşı oynayırıq, qol imkanları əldə edirik. Maksimum konsentrasiya ilə istənilən rəqibə qalib gəlmək olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30