23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rüfət Dadaşov: "Top qapıdan keçmək istəmirdi"

"Məncə, yaxşı oynadıq. Çox qol epizodları da yaratdıq. Sadəcə, şanssızlıq oldu. Maltaya elə də şans vermədik. 1-2 hücuma qol vurdular. Bir sözlə, top qapıdan keçmək istəmirdi".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin hücumçusu Rüfət Dadaşov Millətlər Liqasının qrup mərhələsinin IV turunda Malta ilə 1-1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
 
28 yaşlı futbolçu yığmamızın qrup lideri olmaq üçün şanslarının olduğunu deyib: "Şanslarımız qalır. Son iki oyunda maksimum üçün çalışacağıq. Heç nə bitməyib. Yaxşı oynadığımızı sübut etdik".
 
Uzun müddət sonra milliyə dəvət alan Dadaşov 4 il öncə Malta ilə dubl etdiyi oyun barədə danışıb: "Uzun müddətdən sonra milliyə dəvət aldım və iki oyuna çıxdım. Öz oyunumu normal qiymətləndirirəm. Məncə, 4 il əvvəllə müqayisədə bu gün Maltaya qarşı daha yaxşı oynadıq. Ancaq futbolda belə hallar olur. Yaxşı oynasan da, qalib gələ bilmirsən".
 
Rüfət Berti Foqtsun dönəmi ilə indiki vaxtı müqayisə etməyib və Qurban Qurbanovun uğur qazanmaq üçün əlindən gələni etdiyini bildrib: "Baş məşqçimiz çalışır. Biz də oyunlara yaxşı hazırlaşırıq". 
 
Dadaşov oyunda yeganə qolun ötürməsini verən Mahir Mədətovun azarkeşlər tərəfdən fitə basılmasına mübasibət bildirib: "Azarkeşləri heç cür başa düşmürəm. Onlar niyə Mədətovu fitə basırlar? Yaxşı oyun keçirdi. Mahir yaxşı futbolçudur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30