19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Ukrayna ilə yanaşı başqa ölkədən də təklif almışdım"

Bir müddət əvvəl "Gelios"da çıxış etmiş Hüseyn Əhmədov "Zirə"nin əsas komandasından gələn təklifi geri çevirməyərək bu klubla müqavilə imzaladı. Xarkov klubunun heyətində aşağı liqada çıxış edən Əhmədov Premyer Liqada oynamaq istədiyi üçün "Zirə"yə gəlib. Futbolxeber.az saytının məlumatına görə, müsahibə verən Əhmədov bunları deyib:
 
- Səninlə sonuncu dəfə müsahibə edərkən, Ukraynada oynayırdın və gələcəklə bağlı məqsədlərin böyük idi. Necə oldu qayıtdın yenidən vətənə?
- Bəli, karyeramı xaricdə davam etdirmək haqda düşünürdüm. Ukraynada qalıb orada da oynaya bilərdim. Ukrayna ilə yanaşı başqa ölkədən də təklif almışdım. Amma elə oldu ki, Azərbaycana qayıtdım. Buna görə də şadam.
 
- Maraqlıdı, nəyə görə məhz Azərbaycan?
- Mən gənc futbolçuyam. “Zirə” məni heyətində görmək istədi və gəlib burada oynamaq istədim. Gənc futbolçu kimi Azərbaycan Premyer Liqada oynamaq həm maraqlı olardı, həm də mənim üçün yaxşı olardı. Hazırda əsas komandadayam və məşqlərimi edirəm.
 
- Başqa hansısa klubdan dəvət almışdın?
- Portuqaliyaya yollana bilərdim. “Boavişta”nın aşağı yaş qruplarından birində çıxış etmək variantım var idi. Amma bu alınmadı.
 
- Bəs “Zirə”də debütün nə vaxt olacaq?
- Əsas komanda ilə məşq edirəm. Samir Abasov məni əsas komandaya cəlb edib, burada məşq edirəm. Bu da mənim üçün çox yaxşıdı. “Zirə”-2-də oyunlarımı oynayıram. Ümid edirəm ki, əsas komanda da oynayacağım vaxt gəlib çatacaq.
 
- “Səbail”lə görüşdə sənin adının oyunun protokoluna salınmamasına görə “Zirə”yə texniki məğlubiyyət verildi...
- Bəli, təəssüf ki, bu cür oldu. Amma mən orada idim. Mənim bu məsələ haqda nəsə deməyim düzgün olmaz. Mən çalışıram ki, komandaya xeyir verim.
 
- Maraqlıdı, “Gelios”da oynayarkən “Şaxtyor”, “Dinamo”(Kiyev) kimi komandalardan birində oynamaq istədiyini demişdin. Səncə, bundan sonra bu mümkündü?
- Əlbəttə ki, hər şey mümkündü. Karyeramı ölkə xaricində davam etdirməyi çox istəyərdim. “Zirə”də təcrübə toplamağım yaxşı olardı. Üstəlik Samir Abasov kimi yaxşı məşqçi ilə çalışıram. Onun kimi məşqçi hər bir futbolçu üçün böyük üstünlükdü. Çalışacam ki, özümü yaxşı tərəfdən göstərim. Gələcək illər üçün isə yenidən Ukraynaya və yaxud da Avropanın başqa bir ölkəsinə yollanıb, legioner həyatı yaşamağı isə hər zaman istəyərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30