23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: "Ciddi dəyişiklik olmayacaq"

"Hər oyunumuz vacibdir. Matçların sayı azaldıqca, daha vacib olur. Çətin, fərqli sistemdə çıxış edən rəqibə qarşı oynayırıq. Görüşün əhəmiyyətini hamımız bilirik. Futbolçularımızın bu qarşılaşmaya hazır olacağını düşünürəm”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 4-cü turunda Malta yığması ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin sualları cavablandırıb.
 
- "Qarabağ"da yaxşı oyun, millidə isə daha çox nəticə tələb olunur. Futbolçuları gah buna, gah digərinə kökləmək problem deyil ki?
- Yaxşı nəticə üçün yaxşı oyun göstərmək lazımdır. Bunun üçün çalışırıq. Bəli, fərqli komanda və turnirlərdir. İstənilən görüşə yaxşı oyun göstərmək üçün çıxırıq.
 
- Heyətdə dəyişiklik olacaq?
- Farer adaları ilə müqayisədə ciddi dəyişiklik olmayacaq. Sabah səhər məşqindən sonra heyəti müəyyənləşdirəcəyik.
 
- Bir ay əvvəllə müqayisədə Maltada nə kimi dəyişiklik var?
- Malta həm bizə, həm Kosovoya qol vurub. Eləcə də Farer adalarına. Bu da onu göstərir ki, diqqət etməliyik. Kosovo ilə səfər görüşlərinə baxmışıq. Bu komandaya qol vurmaq və buraxmamaq üçün diqqətli olmalıyıq.
 
- Mifsudun yoxluğu bizim üçün üstünlükdür?
- Bu futbolçuya rəğbətim var. 37 yaşında bu cür hərəkətli olması digərlərinə nümunədir. Onun oynamayacağına sevinmirəm. İstəyirəm ki, yaxşı futbolçular meydanda olsun. Onun yoxluğunun rəqibin oyununa təsir edəcəyini düşünmürəm.
 
- Rüfət Dadaşovu daha öncə milliyə çağırmadığınıza görə təəssüflənmirsiniz ki?
- Xeyr. Biz hər bir futbolçunu daha hazır olanda çağırmaq istəyirik. Lakin bəziləri formada olmurlar. Amma biz onları çağırmağa məcburuq. Çünki oyunçu seçimi çox deyil. Rüfəti lazımi vaxtda komandaya dəvət etdik (Report).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30