29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Farruciya: "Azərbaycan və Kosovo milliləri arasında ciddi fərq yoxdur"

"Sabah çox çətin oyun olacaq. Üç gün ərzində ikinci səfər oyunumuza çıxacağıq. Bundan başqa, Farer adaları üzərində qələbə Azərbaycan millisi üçün böyük motivasiyadır".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının 4-cu turunda Azərbaycan millisi ilə sabah Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında  deyib. - Kosovo ilə görüşdə 1:1 hesabını qoruya bilmədiniz və məğlub oldunuz. -
 
- Oyundan hansı nəticələri çıxardınız?
- Kosovo çox çətin komandadır. Azərbaycan da həmçinin. Səhv etməməyə çalışacağıq. Müdafiədə kompakt oynamaq lazımdır.
 
- Malta hazırda qrupda sonuncu yerdədir. Rəqiblərlə aradakı xal fərqi artacaq?
- Aramızdakı xal fərqinin get-getdə artacağını deməzdim. Mən yeni komanda qurmağa başlamışam. Bu, bizim üçün keçid dövrüdür. Heyətə 4-5 nəfər gənc futbolçu cəlb etmişik.

- Heyətdə zədəlilər var?
- Zədəlilərimiz yoxdur. Amma iki önəmli futbolçumuz - Zak Muskat və Luk Qambin bizimlə deyil. Maykl Mifsud isə cəzalıdır.
 
- Kosovo və Azərbaycanı necə müqayisə edərdiniz?
- İlk oyuna baxmışam. Komandalar arasında ciddi fərq yoxdur. Amma Azərbaycan bu rəqiblə səfərdə oynaycaq. Çətin olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31