28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ"nin 5 oyunçusu"Səbail"lə oyunda olmayacaq

“Qəbələ” Topaz Premyer Liqasının 2-ci dövrəsinə hazırlığını davam etdirir.
 
Futbolxeber.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərə Qəbələdə start verən “qırmızı-qaralar” bu gün Bakıya gəlib. Bölgə təmsilçisi baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında “Bakı”nın təlim-məşq bazasında hazırlıq keçib. Meydanda baş tutan məşq prosesi toplu çalışmalardan ibarət olub.
 
“Qəbələ” oktyabrın 13-də yoxlama oyununda qüvvəsini sınayacaq. Sözügedən kollektiv Premyer Liqanın digər təmsilçisi “Səbail”lə üz-üzə gələcək. Görüş “Bakı”nın təlim-məşq bazasında baş tutacaq. Yoxlama matçının start fiti saat 16:00-da veriləcək.
 
Milli komandalara çağırılan futbolçular “qırmızı-qaralar”ın hazırlıq prosesində iştirak etmir. Bunlar Azərbaycan millisinin düşərgəsində olan Təmkin Xəlilzadə, Ürfan Abbasov, U-21-ə çağırılan Amin Seydiyevlə Bəhlul Mustafazadə, həmçinin Toqo yığmasında olan Lalavele Atakoradı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31