29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Petrov: "Göstərdiyim oyunla bu sarğıya layiq olduğumu nümayiş etdirmişəm."

"Neftçi” müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytının suallarını cavablandırıb. Futbolxeber.az saytı müsahibəni təqdim edir:
 
- Çempionatın ilk dövrəsi arxada qalıb. Komandamız 7 turdan sonra liderdir. Təəssüratlarınız necədir?
 
- Hər şey yaxşıdır. Əsas odur ki, sükanı belə saxlayaq. Təbii ki, çətinliklər olacaq, amma ruhdan düşməməliyik. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bu cür davam etsək, hər şey daha da yaxşı olacaq.
 
- Bu mövsüm Topaz Premyer Liqası komandamız üçün Avropa Liqasının uğursuzluğu fonunda başladı. O uğursuzluqdan sonra heç təsəvvürünüzə gətirə bilərdiniz ki, ilk dövrədən sonra lider olacağıq?
 
- Düzdür, turnir cədvəlində birinci yerdəyik, amma unutmayaq ki, yeni komandamız var. Bir-birimizlə bundan da yaxşı anlaşmağın üzərində işləyirik. Mən bunu 7 turdan sonra deyirəm. Təsəvvürünüzə gətirin, mövsümün əvvəlində bu mənada vəziyyət necə idi. İlk turdan sonra oyunumuzdan nə baş məşqçi, nə rəhbərlik, nə də azarkeşlər razı idi. İndi isə vəziyyət xeyli dəyişib.
 
- Komandamız ilk dövrədə cəmi 3 top buraxıb. Oyunların əksəriyyətində müdafiənin mərkəzində Anton Krivotsyukla siz oynamısız...
 
- Təbii ki, Ruslan Abışov güclü futbolçudur. Amma hesab edirəm ki, Anton Krivotsyuk geridə qalan turlarda onu layiqincə əvəzləyib. Çalışıram Antona oyun zamanı kömək edim. O mənim tövsiyələrimi tez dərk edir. Düşünürəm ki, komandamız müdafiədə heç bir problem yaşamır.
 
- Bir neçə dəfə komandanı meydana kapitan qismində çıxarmısız. "Neftçi”nin kapitanı olmaq sizin üçün nə deməkdir?
 
- Təbii ki, böyük şərəfdir. Hər halda, legionerlərdən ən təcrübəlisi mənəm. Yəqin ki, həm də göstərdiyim oyunla bu sarğıya layiq olduğumu nümayiş etdirmişəm. Məşqçilərə və rəhbərliyə bu etimada görə minnətdaram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31