16 Mart 2026, Bazar ertəsi
"Qarabağ" "Zirə"yə qalib gəldi
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

Lars Olsen: "Azərbaycanın bizi təəccübləndirdiyini deyə bilmərəm"

"İlk hissədə kifayət qədər qol imkanımız oldu. Komandam rəqibdən daha yaxşı oynadı. Ancaq ikinci hissədə davamını gətirə bilmədik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Farer adaları yığmasının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının 3 turunda evdə millimizə 0:3 hesabı ilə məğlub olduqları oyun haqda danışarkən deyib.
 
Məğlubiyyəti şərh edən mütəxəssis qol vura bilməmələrindən şikayətlənib:
 
"Bu qədər şansı boşa verəndə rəqib səni cəzalandırır. İkinci hissədə hesabı bərabərləşdirmək üçün imkanlarımız oldu. Amma istifadə edə bilmədik. Qol vurmalı olduğumuzu bilirdik, ona görə də ilk dəqiqələrdən topa nəzarət etməyə çalışdıq. Deyərdim ki, istədiyimiz alındı, sadəcə, adi səhvlərdən qollar buraxdıq”.
 
Olsen Azərbaycanın heç nə ilə fərqlənmədiyini bildirib: “Təəssüf ki, əvəzetmədən meydana daxil olanlar da vəziyyəti dəyişə bilmədilər. Bilirdik ki, oyun belə alınacaq. Odur ki, Azərbaycanın bizi nə iləsə təəccübləndirdiyini deyə bilmərəm. Bundan sonra qalan oyunlara köklənməliyik. Ancaq reaallıq budur ki, qarşıdakı 3 oyunda qazana biləcəyimiz mümkün qələbə belə bizim üçün heç nəyə təminat verməyəcək”.
 
Səfərdə Farer adaları üzərində qazanılan qələbə millimizi qrupda ikinci pilləyə yüksəldib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31