20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Rüfət Dadaşov: "Kosovaya çatmağa gücümüz var"

"Yaxşı oyun alındı. Çalışırdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək".
 
Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasında Farer adalarına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib."Fikrimcə, baş məşqçinin tapşırıqlarını uğurla yerinə yetirdik. Önəmli deyil, qol vurdum, ya yox. Əsas qələbə qazanmaq və Azərbaycan futbolsevərlərini sevindirmək idi. Bu matçı unudub Malta ilə qarşılaşmaya köklənməliyik" - deyə o bildirib.
 
Rüfət 4 illik fasilədən sonra millimizə dönüşünü qol ötürməsi ilə qeyd edib. Onun ötürməsindən sonra D.Nazarov fərqlənib. Dadaşov bu qolu belə şərh edib: "Dəqiq bilirdim ki, həmin mövqeyə Dmitri Nazarov açılacaq. Fiziki durumumuza gəlincə, Maltayla matçadək bərpa oluna bilərik. Axı, biz peşəkarıq. Kosovoya çatmağa gücümüz var. Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq".
 
Qeyd edək ki, hazırda qrup lideri olan Kosovodan 2 xal geri qalan millimiz Maltanı oktyabrın 14-də Bakı Olimpiya Stadionunda qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30