20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Farer adalarına qalib gəlməliyik, başqa nəticə faciə sayılmalıdı"

Milli komandamızın şərəfini qorumuş Saşa Yunisoğlu Futbolxeber.az saytına açıqlama verib.
 
O, yığma komandamızın Farer adaları ilə görüşdə qələbə qazanmağa borclu olduğunu bildirib: “Millimizdən Farer adaları ilə görüşdə ancaq üç xal gözləyirəm. Onlara qalib gəlməliyik. Başqa nəticə məncə, faciə sayılmalıdı. Əgər inkişafdan danışırıqsa, o zaman Malta və Farer adaları kimi milliləri udmağa məcburuq. Millimiz bu komandalardan ikibaş güclüdü. Sadəcə futbolçularımız bunları dərk etməlidi.
 
Bir şeyi başa düşə bilmirəm, oyunlardan sonra deyirlər ki, komandada lider çatışmır, filankəs yaxşı formada deyil, o birinin oyun praktikası yoxdu, uyğunlaşması üçün vaxt vermək lazımdı. Bu nə deməkdi? Bu milli komandadı. Azərbaycanın ən yaxşı futbolçuları və öz klublarının liderləri yığılıb bir milliyə, hansı liderdən söhbət gedir? Belə çıxır ki, liderin lideri olsun? Gülməlidi.
 
Necə ola bilər ki, milli komandada kimsə formada olmasın? Formada deyils, nəyə görə milliyə çağırılır? Getsin klubda formasını yığsın, bundan yaxşı formada olan dəvət olunsun. Milliyə Malta və Farer adaları ilə oyunlarda oynamaq üçün nə qədər vaxt vermək lazımdı? Bir ay, bir il? Məncə, belə oyunlara iki gün qalmış millimiz yığılıb udmalıdı hər ikisini”.
 
“Nəticədən asılı olmayaraq biz millimizə dəstək verməliyik. Hər zaman da komandamızın yanında olmalıyıq. Millimizə hər iki oyunda uğurlar arzu edirəm” – deyə, Yunisoğlu fikirlərini yekunlaşdırıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30