25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Qəbələ" rəqibinə 14 qol vurdu

“Qəbələ” futbol akademiyasının aşağı yaş qruplarından olan komandalar növbəti oyunlarını keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın təşkil etdiyi liqalarda qüvvəsini sınayan “Qəbələ” komandaları ötən həftə keçirdiyi 9 görüşdə 6 qələbə qazanıb, 1 heç-heçə edib və 2 matçda uduzub.
 
“Səbail”in qonağı olan U-17 qələbə qazanıb - 4:1. U-16 evdə “Zirə” ilə məhsuldar heç-heçə edib - 3:3. “Mil-Muğan”ı qəbul edən U-15 14 cavabsız qolla qalib gəlib.
 
U-13 Liqasının paytaxt zonasında çıxış edən “Qəbələ” “Xəzər”ə uduzub - 2:4. Şimal- U-12 Liqasının Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan “qırmızı-qaralar” UGİM-ə (Yevlax) 7:1, UGİM “Qəbələ” isə UGİM-ə (Ağdaş) 2:0 hesabı ilə qalib gəlib. UGIM “Rabitəçi” (Yevlax) ilə qarşılaşan U-11 8:1 hesabı ilə qələbə qazanıb. U-10 Liqasında “Qəbələ” UGİM-ə (Yevlax) 16:0 hesabı ilə qalib gəlib, UGİM “Qəbələ” UGIM “Rabitəçi”yə (Yevlax) uduzub - 5:6.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30