29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: "Təhlükə deməzdim, ancaq böyük problem olacaq"

“Hazırlıq üçün çox vaxtımız olmadı. Bəzi oyunçular bizə gec qoşuldu. Riçard Almeyda dünən gəlib və bir məşq edib. Hamının oyuna qədər hazır olacağını və özünü yaxşı tərəfdən göstərəcəyini düşünürəm”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının III turundan Farer adaları ilə oyun üçün səfər ərəfəsində təşkil etdiyi brifinqdə deyib. 46 yaşlı mütəxəssis Heydər Əliyev Beynəlxaq Hava Limanından jurnalistlərlə suallarını da cavablandırıb.
 
- Qələbənin qrupdan çıxmaq baxımından vacib olmasını təzyiq, yoxsa motivasiya sayaq?
 
- Əlbəttə, təzyiq var. Görünən odur ki, hamı qələbədən başqa bir nəticə gözləmir. Bu da futbolçularda təzyiq yaradır. Bunu hər zaman normal qarşılamışam. Belə olduğu halda bizim, eləcə də futboçuların məsuliyyəti daha da artır. Futbolun silinməyən qanunlarından biridir. Belə tələblər çox olur. Bunu təzyiq yox, motivasiya kimi qəbul edərik ki, oyunumuza təsir etməsin.
 
- Rüfət Dadaşovun uzun aradan sonra yığmaya çağırılması barədə nə deyə bilərsiniz?
 
- Hamı özünü yaxşı tərəfdən göstərir. Problemimiz vaxtımızın çox az olmasıdır. Rüfət də komandaya gec qoşulanlardandır. Almeydadan bir məşq artıq edib. Onların gücünü tam bilmək üçün istədiyimiz məşqləri edə bilməmişik. Dadaşov yığmaya qayıtmasına şaddır. Şans verəcəyimiz təqdirdə özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. 
 
- Cavid Hüseynova niyə dəvət göndərməmisiniz?
 
- Bu, normaldır. Dəfələrlə demişəm ki, hər toplanışda yeni futbolçular olacaq, kimsə kənarda qalacaq. Bütün futbolçuları izləyirik və dəyişikliklər həmişə mümkündür.
 
- Yolun uzunluğu və oktyabrın 11-də Farer adaları ilə səfər matçından 3 gün sonra evdə Malta ilə oynamaq nə dərəcə təhlükə yarada bilər?
 
- Təhlükə deməzdim, böyük problem olacaq. Bu gün 12 - 14 saat yolda olacağıq. Bu, az vaxt deyil. Ən pisi odur ki, təyyarə dəyişəcəyik. Bu da futbolçularda yorğunçuluq yaradacaq. Həm də uyğunlaşma problemi ola bilər. Getmək üçün yox, qayıtmaqdan narahatam. Çünki futbolçular güclərini meydanda qoyacaqlar. Geri dönən zaman yorğunçuluq amili olacaq. Amma başqa çıxış yolumuz yoxdur. Hər bir halda ən düzgününü etməyə çalışacağıq. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31