25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Premyer Liqasında daha 2 əcnəbi baş məşqçi

Premyer Liqanın ilk turu 2 əcnəbi baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar oldu. Futbolxeber.az-ın məlumatına görə, ölkəmizdə ilk matçında iş başında olan Milinko Pantiç və Yuri Syomin turun ilk qarşılaşmasında üz-üzə gəldi. “Bakı”nı çalışdıran serbiyalı Pantiç üçün debüt uğursuz alındı. “Qəbələ”nin rusiyalı çalışdırıcısı Yuri Syominin komandası səfərdə debütant həmkarını 2:1 hesabı ilə məyus etdi.

Cari mövsümün startında iş başında olan 5 əcnəbi mütəxəssisdən 2-nin debütü ilə Premyer Liqa tarixindəki legioner baş məşqçilərin ümumi sayı 44-ə çatdı.

Syomin 2 il əvvəl “Simurq”da çalışmış Sergey Yurandan sonra 2-ci rusiyalı oldu ki, Premyer Liqada debüt etdi. Pantiç isə elə onun klubdakı sələfi Bojidar Bandoviç, həmçinin AZAL-ın çalışdırıcısı olmuş Peter Kurçubiç və “Masallı”da 1 oyunluq baş məşqçi əvəzi kimi meydana çıxaran Miroslav Saviçdən sonra 4-cü serbiyalıdır.

Ümumilikdə isə çempionatda 18 ölkədən olan məşqçilər çalışıb: Türkiyə - 10, Ukrayna – 7, Gürcüstan, Serbiya – hərəsi 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rusiya, İspaniya – hərəsi 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Xorvatiya, Uels – hərəsi 1.

Pantiç “Bakı”nın tarixinə 7-ci əcnəbi baş məşqçi kimi düşdü. Ona qədər makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülənt Korkmaz və Cüneyt Biçər, almaniyalı Vinfred Şafer, latviyalı Aleksandr Starkov və serbiyalı Bandoviç də paytaxtın eyniadlı təmsilçisində çalışıb. Bununla da “Bakı” ən çox legioner məşqçiyə güvənməkdə “Xəzər Lənkəran”a məxsus Azərbaycan rekordunu təkrarlayıb.

Syomin isə “Qəbələ”nin 4-cü legioner baş məşqçisidir. Ona qədər ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak və ispaniyalı Luis Araqon komandanı Premyer Liqa matçlarına çıxarıb.

Ümumilikdə isə 17 Azərbaycan klubu Premyer Liqada gəlmə çalışdırıcıya güvənib: “Xəzər Lənkəran”, “Bakı” – hərəsi 7,  “İnter”, “Simurq” , “Qəbələ” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” – hərəsi 3, “Muğan”, AZAL, “Rəvan” – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.

Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Əlispahiç Premyer Liqada 2 klubda çalışıb.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30