24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Rüfət Dadaşov: "Yenidən milli üçün oynamağı xəyal edirdim"

Millimizin və Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in hücumçusu Rüfət Dadaşov Almaniyanın “Bild” nəşrinə müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı forvard uzun müddət sonra yığmaya dönüşü barədə danışıb.
 
- Milliyə dəvət aldığın üçün təəccübləndin?
 
- Yenidən milli üçün oynamağı xəyal edirdim. Dürüst olmaq lazmdırsa, belə tez dəvət alacağımı gözləmirdim. "Proyssen" klubuna və məşqçi heyətimizə təşəkkür edirəm.
 
- Əsas heyətə düşmək imkanlarını necə qiymətləndirirsən?
 
- Əlbəttə, oynayacağıma inanıram. Amma yığmada rəqabətin necə səviyyədə olduğunu indi bilmirəm. Uzun müddətdir yığmadan kənarda qalmışam və yeni oyunçuları tanımıram.
 
- "Proyssen"in sabiq futbolçusu Dmitri Nazarov da milliyə dəvət alır.
 
- Dima ilə birgə Bakıya gəlmişik. Biz yaxşı dostuq. Millidə eyni otaqda qalırıq.
 
- Bakıda anadan olmusunuz və ailəniz hazırda orada yaşayır. Onlarla görüşmək imkanınız oldumu?
 
- Bəli, bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşdim. Hər kəsi yenidən görmək çox gözəl idi.
 
- Millətlər Liqasının növbəti turunda oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşacaqsınız. Komandanızı nə gözləyir?
 
- Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30