26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Bojinov Azərbaycan klubunda?

Bolqarıstan millisinin sabiq üzvü Valeri Bojinov karyerasını ölkəmizdə davam etdirə bilər.
 
Futbolxeber.az saytının məlumatına görə, hazırda “Botev”də çıxış edən 32 yaşlı futbolçunun yenidən legioner həyatı yaşamaq istədiyi iddia olunur.
 
Təcrübəli oyuçunun Azərbaycan, Rusiya və Qazaxıstandan təklif aldığı bildirilir. Bojinov əvvəlki açıqlamalarında gələn ilin yayına kimi hazırkı klubumda qalmaq istədiyini bildirsə də, gələn təkliflərdən sonra fikrini dəyişə biləcəyi gözlənilir.
 
Futbolçu hələ ötən il "Partizan"da çıxış edərkən "Qəbələ"dən təklif aldığını bildirmişdi. Həmin vaxt Serbiya klubunun yüksək məbləğdə transfer haqqı tələb etməsi keçidin gerçəkləşməsinə mane olmuşdu.
 
Bolqar forvard Çinin 2-ci liqa klubu “Meyçjou Haka”ya keçmişdi. Bojinov Çində 6 aya 1 milyon avro qazanmışdı.  Bojinov bundan əvvəl “Parma”, “Fiorentina”, “Yuventus”, “Mançester Siti”, “Sportinq”, “Verona” və “Levski” kimi klubların formasını geyinib. Bolqarıstan millisinin heyətində 43 oyun keçirən hücumçu 6 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30