28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bahodir Nasimov “Neftçi”nin tarixinə düşdü

Premyer Liqanın 1-ci turu “Neftçi”nin futbolçusu Bahodir Nasimov üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, özbəkistanlı hücumçu AZAL-la oyunda rəqib qapısından top keçirməklə çempionatdakı qol həsrətinə son qoyub. Belə ki, 2011/12 mövsümünün ən yaxşı bombardiri ötən çempionatı qol vurmadan bitirmişdi. Nasimov sonuncu qolunu 2012-ci il aprelin 14-də “İnter”lə oyunda (2:1) vurmuşdu.

476 günlük qol həsrətini bitirən Nasimov AZAL-ı məyus etməklə “Neftçi”nin də tarixinə düşüb. O, klub tarixində Azərbaycan çempionatında ən çox qol vuran legioner adına sahib çıxıb. 2010/11 mövsümündə 28 oyunda 15 qol vurmaqla bombardir titulunu son anda əldən verən, 1 il sonrakı 29 oyunda vurduğu 16 qolla nəhayət ki, mükafatın sahibi olan 3 qat Azərbaycan çempionu “Neftçi”nin heyətində 32-ci qolunu vurub.

Bu matçadək “ağ-qaralar”ın Premyer Liqa tarixində ən məhsuldar legioneri adına 2 şərik var idi. Nasimov milliləşən serbiyalı Branimir Subaşiçlə eyni sayda - 31 qol vurmuşdu.

AZAL-ın qapısına qol vuran digər legioner - braziliyalı Flavinyo da “Neftçi”nin ən məhsuldar 5 legioneri siyahısındadır. Komandada 78-ci çempionat matçına çıxan cənubi amerikalı 27-ci qolunu vurmaqla 1 mövsümə 26 dəfə fərqlənən Kanalesi arxada qoyub. Paytaxt təmsilçisinin 5 ən məhsuldar legioneri siyahısında Nasimov, Subaşiç, Flavinyo və Kanalesdən başqa 29 qola imza atan Georgi Adamiya da var.

Qeyd edək ki, “Neftçi”nin çempionatda ən çox qol vuran futbolçusu Samir Ələkbərovdur - 99 qol.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31