19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Slavko Braliç: "Qışda komandamı dəyişmək haqda düşünmürəm"

“Çox sevinirəm ki, gözəl qələbə qazandıq. Öz gücümüzü göstərməyi bacardıq. Rəqibə göstərdik ki, biz “Neftçi”yik və layiq olduğumuz 3 xalı qazandıq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  “Neftçi”nin futbolçusu Slavko Braliç Topaz Premyer Liqasının 7-ci turunda evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, çempionluq mübarizəsində təkcə “Qarabağ”ı yox, bütün rəqibləri düşünməli olduqlarını söyləyib:
 
“Əgər liderliyimizi davam etdirmək istəyiriksə, təkcə “Qarabağ”ı yox, bütün rəqibləri fikirləşməliyik. Təkcə “Qarabağ”ı düşünsək, bizim işimiz alınmaz”.
 
Xorvatiyalı futbolçu qırmızı vərəqə almasına da münasibət bildirib: “Oyun təcrübəmin az olması ilə bağlı sizinlə razıyam. Daha çox meydanda olsam, bu düzələr. Məncə, ikinci sarı vərəqəni aldığım epizodda heç bir şey yox idi”.
 
25 yaşlı müdafiəçi “Neftçi”dən ayrılmağı düşünmədiyini bildirib: “Mən qışda komandamı dəyişmək haqda heç vaxt düşünməmişəm. Əksinə, oyunlarda, məşqlərdə çalışıram ki, məşqçinin rəğbətini qazanım və əsas heyətdə özümə yer tapım".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30