8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Qurban Qurbanov Rüfət Dadaşovu milliyə çağırdı

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasında növbəti iki oyun (Farer adaları ilə səfərdə və Malta ilə Bakıda) üçün dəvət edəcəyi - ölkə xaricində çıxış edən futbolçuların adlarını müəyyənləşdirib.

Futbolxeber.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis sport24.az-a verdiyi açıqlamada 5 oyunçu üçün faks göndərildiyini bildirib.

Qurbanovun siyahısında onun rəhbərliyi altında indiyədək çıxış etməyən bir oyunçu da var. Söhbət Almaniyanın 3-cü divizionunun “Proysen” klubunda forma geyinən Rüfət Dadaşovdan gedir. Millimizin baş məşqçisi aşağıdakı legionerlərə zərurət duyub:

Rüfət Dadaşov (“Proysen”, Almaniya), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Dmitri Nazarov (“Aue”, Almaniya), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31