16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Rəhman Hacıyev: "Bu o demək deyil ki, kiminləsə problemim var"

"Neftçi”nin futbolçusu Rəhman Hacıyev klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, hazırda komandada çıxış edən futbolçular arasında "Səbail”in qapısından ən çox top keçirən yarımmüdafiəçi "Neftçi”nin nəticə qazanmasını hər şeydən üstün sayır.
 
- "Səbail”lə oyundan nə gözləyirsiniz?
 
- Zəif rəqib yoxdur. Bunu yaxşı anlayırıq. İlk sıralarda möhkəmlənmək istəyiriksə, səhvə yol verməməliyik. Qalib gəlməliyik.
 
- Hazırda liderliyi "Qarabağ”la bölüşürsünüz...
 
- Düzdür, onlarla xallarımız eynidir. "Səbail” üzərində qələbə qazanıb, liderliyimizi davam etdirməliyik.
 
- "Səbail”lə indiyədək keçirdiyiniz 4 oyunda 2 qol vurmusunuz. Hazırda "Neftçi”də çıxış edən futbolçular arasında bu rəqibin qapısına ən çox yol tapan oyunçusunuz...
 
- Sözün düzü, bu məlumatdan xəbərim yox idi. Hər oyunda komandaya faydalı olmağa çalışıram. Fərqi yoxdur qol vurum və yaxud məhsuldar ötürmə verim. Komandanın nəticə qazanması hər şeydən üstündür.
 
- Mövsümün əvvəlində əsas heyətə düşməkdə çətinlik çəkirdiniz. İndi isə daha çox şans qazanırsınız...
 
- Düzdür, ilk üç oyunda, demək olar, iştirak etmədim. Amma bu o demək deyil ki, kiminləsə problemim var. Baş məşqçi ilə münasibətlərim çox yaxşıdır. O, mənə son oyunlarda güvənir. Mən də öz növbəmdə ona və bütün komandaya güvənirəm. Bu cür mühitdə oynamaq çox xoşdur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30