19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mirsahib Abbasov: "Matçın ədalətli nəticəsi heç-heçə olmalıydı"

"Əsas nəticə əldə etməkdi. Qalib gəlmək, ən azı meydanı 1 xalla tərk etmək istəyirdik. Təəssüf ki, belə alındı”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Zirə”nin yarımmüdafiəçisi Mirsahib Abbasov Topaz Premyer Liqanın I turundan təxirə salınmış oyunda "Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında deyib. Komandasının hər iki qoluna imza atan futbolçu ikinci hissədə meydana çıxanda fərqlənmək barədə düşündüyünü söyləyib: "İlk qolda topu qəbul edib bir az irəlilədim və qapını görən kimi zərbə vurdum. Düşünürəm ki, pis alınmadı. İkinci qolda isə hazır vəziyyətdə dayanmışdım. Bilirdim ki, komanda yoldaşım ötürmə verəcək. Həmin vaxt topu hara göndərəcəyimi bilirdim. İlk qolda isə sadəcə qapıya vurdum, qol oldu”.
 
"Qara zolağ"a düşdüklərini bildirən Mirsayib qələbənin komandanı vəziyyətdən çıxaracağına inanır: "Bir çox qarşılaşmalarda qələbəyə, ən pis halda 1 xala layiq oyun göstərmişik. Ancaq uduzmuşuq. Yəqin, nəsə çatışmır. Məncə, bugünkü matçın ədalətli nəticəsi heç-heçə olmalıydı. Növbəti turda "Sumqayıt”la qarşılaşacağıq. Həmin oyunda qələbə qazanmağa çalışacağıq. Məncə, qalib gəlsək, qara zolaqdan çıxa bilərik” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30