20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Zirə"nin məşqçisi: "İddialı komanda yaratmaq istəyirik"

"Çətin oyun keçdi. İlk hissədə istədiyimiz kimi oynamadıq. Ancaq fasilədən sonra oyunumuzu bir az yaxşılaşdırdıq.  İnanıram ki, növbəti görüşlərdə daha yaxşı çıxış edəcəyik. İddialı "Zirə" yaratmaq istəyirik. Futbolçulardan razıyıq, əllərindən gələni etdilər".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Zirə"nın məşqçisi Vəfadar Quliyev Topaz Premyer Liqasında "Qarabağ"a səfərdə 2:3 hesabıyla uduzduqları I turun təxirə salınmış matçından sonra mətbuat konfransında deyib. Cəzalı baş məşqçisi Samir Abasovu əvəzləyən gənc mütəxəssis komandanın hər iki qolunu vuran Mirsahib Abbasovun əsas heyətdə yer almamasının səbəbini belə izah edib: "Bu, baş məşqçinin qərarıdır. Məşqlərə əsasən qərar vermişdik". 
 
Quliyev qolları kobud səhvlərdən buraxdıqlarını bildirib: "Uşaq səhvlərindən qollar buraxdıq. Komanda ilə hazırlşamağa vaxtı olmadı. Bilal Həmdi komandaya gec qoşulub, zədəsi də olub. Bir sözlə, hələ tam hazır deyil. Bunları nəzərə alaraq, matçın gedişində Bilalın yerinə Vüsal İsgəndərlini buraxdıq. Lakin Vüsal da ümidləri doğrulda, özünü göstərə bilmədi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30